Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov UEFA Millətlər Liqasının 3-cü turunda Litva üzərində 1:0 hesablı qələbədən sonra fikirlərini bildirib.
QOL.az xəbər verir ki, jurnalistlərə açıqlamasında komandanın Lixtenşteynlə heç-heçədən sonra yalnız qələbə barədə düşündüyünü deyib:
“Üç gün əvvəl Lixtenşteynlə heç-heçə etdik. Media və azarkeşlər də bizi çox tənqid etdi. Normaldır. Bu gün yalnız qələbə haqqında düşünürdük. Komanda da çox yaxşı oynayıb əzmkar mübarizə apardı. Lazım olan qələbəni qazandıq”.
R.Abbasov Lixtenşteynə səfər matçında qələbə üçün mübarizə aparacaqlarını bildirib: “Lixtenşteynlə oyundan yalnız qələbə haqqında düşünəcəyik".
R.Abbasov milli fasilədən sonra “Sabah”a qarşı keçirəcəkləri oyunun da eyni stadionda baş tutacağını və bunun onun üçün əlavə motivasiya olduğunu bildirib: “Əlbəttə, bura, necə deyim, “Neftçi”nin stadionudur, bura mənim evimdir. Məncə, bu stadion mənə daha yaxşı uğur gətirər”.
R.Abbasov komandanın Litva ilə oyuna daha motivasiyalı çıxmasının səbəbini də açıqlayıb: “Məşqçilər heyəti bizi çox inandırdı, motivasiya verdi Biz də heç nəyi düşünmədik. Təzyiqlərə fikir vermədik. Yalnız qələbə barədə fikirləşirdik. Qələbəmizi də qazandıq”.
R. bbasov Lixtenşteynlə oyundan sonra komandada mental çöküş olduğunu etiraf edib: “Bəli, mental olaraq, Lixtenşteyn oyunundan sonra komandada bir az çöküş var idi. Amma yenə deyirəm, komanda olaraq toparlandıq, özümüzə inandıq”.
Sofascore platformasında matçın ən yaxşısı seçilməsinə münasibət bildirən R.Abbasov deyib: “İstəyirəm, hər oyunda əlimdən gələnin ən yaxşısını bütün ölkəm üçün edim. Çünki biz xalqımız və bayrağımız üçün oynayırıq. Bu da həqiqətən bizim üçün əlavə motivasiyadır”.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
2-ci liqada həftənin hakimləri məlum oldu
"Kəpəz" - "Qarabağ": Heyətlər açıqlandı
Poçettinodan köməkçilərinə ingilis dili tələbi
PSJ-də şok itki