“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”

“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
XƏBƏR 5 Oktyabr 2026 / 13:55 508
-  A +

Litva millisinin hücumçusu Moteyus Burba UEFA Millətlər Liqasının D Liqasının 3-cü turunda Azərbaycan yığmasına Bakıda 0:1 hesablı məğlubiyyəti şərh edib.

QOL.az xəbər verir ki, futbolçu “15min.lt”yə açıqlamasında komandasının hücumları tamamlamaqda çətinlik çəkdiyini bildirib:

“Son ötürmə, yəqin ki, oyunumuzun ən zəif tərəfi idi. Topa nəzarət edirdik, onu tez-tez cərimə meydançasına çatdırırdıq, cinahlardan çoxlu ötürmələr edirdik, amma ünvanı tapa və hücumları tamamlaya bilmirdik.

Hakimlər barədə danışmağa başlamaq istəmirəm. Məğlub olmuşuq, buna görə ilk növbədə özümüzə baxmalıyıq”.

Burba qrupdakı vəziyyətə də toxunub: “Biz öz oyunumuzda qalib gəlməliyik, sonra növbəti matçın necə nəticələnəcəyinə baxacağıq. Yalnız ümid etmək qalır ki, Lixtenşteyn Azərbaycandan yenidən xal ala biləcək. Onlar bunu bir dəfə ediblər, bəlkə yenə bunu bacararlar".


Qarabağ FK
Son xəbərlər
topaz banner