İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü

İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
ÖLKƏ FUTBOLU 5 Oktyabr 2026 / 10:12 497
-  A +

“İrlandiya - İsrail” matçında komandaların nümayəndələri arasında qalmaqal yaşanıb.

QOL.az “The Irish Times”a istinadən xəbər verir ki, hadisə görüşün ilk hissəsindən sonra futbolçular və məşqçi heyətinin paltardəyişmə otaqlarına yollandığı zaman tribunaların altındakı keçiddə baş verib.

İrlandiya millisinin fiziki hazırlıq üzrə məşqçisi Damien Doyle İsrail yığmasının futbolçularından birinin ona tüpürdüyünü iddia edib.

Hadisənin baş hakim tərəfindən matçın rəsmi protokoluna daxil edilib-edilmədiyi məlum deyil.

Qeyd edək ki, Millətlər Liqasının B Liqasının 3-cü qrupunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bundan əvvəlki görüşdə olduğu kimi, komandalar final fitindən sonra bir-biri ilə əl sıxmayıblar.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner