Hidayət Heydərov bu gün başlayır - Dünya çempionatı

Hidayət Heydərov bu gün başlayır - Dünya çempionatı
CÜDO 6 Oktyabr 2026 / 08:05 371
-  A +

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq. Görüşlər saat 10:30-da başlayacaq.

73 kq

73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov da ilk görüşünü bu gün keçirəcək. O, 1/32 finalda kosovolu Akil Qyakova ilə qarşılaşacaq. 

Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azaddır. O, 1/16 finalda Adil Osmanov (Moldova) - Castin Lemir (Kanada) cütünün qalibi ilə qarşılaşacaq.

57 kq

Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gələcək.

Xatırldaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionatının qızıl medalını qazanıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner