Yankoviç yenidən Ermənistana qarşı oynadı

Yankoviç yenidən Ermənistana qarşı oynadı
DÜNYA FUTBOLU 6 Oktyabr 2026 / 01:00 450
-  A +

UEFA Millətlər Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, C Liqasında yarışan Monteneqro millisi öz meydanında Ermənistanı qəbul edib. Matç 0:0 hesabı ilə yekunlaşıb. 

Monteneqro yığmasına dəvət alan “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan Yankoviç 62-ci dəqiqədə Stefan Lonkarla əvəzlənib. 

Yankoviç bu komandalar arasında sentyabrın 28-də Ermənistanda baş tutan və Monteneqronun 3:2 hesabı ilə başa çatan görüşdə də forma geymiş və həmin matçın ən yaxşısı seçilmişdi. 

Qeyd edək ki, 4 turdan sonra 10 xalı olan Monteneqro millisi qrupun vahid lideridir.


Qarabağ FK
Son xəbərlər
topaz banner