Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasının D Liqasının 3-cü turu çərçivəsində Litva ilə keçirilən matçdan (1:0) sonra oyun barədə fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, baş məşqçi oyunçularının matçdakı xarakterindən razı qaldığını bildirib:
“Bilirdik ki, dörd oyunun hamısı çətin olacaq. Buna hazırlaşmışdıq. Əsas odur ki, ciddi zədəmiz olmadı və heç bir matçda uduzmadıq. Lixtenşteynlə görüşdən sonra toparlanmaq çətin idi. Bəlkə də o oyunda qalib gəlib, bu matçda uduzsaydıq, həmin qələbənin əhəmiyyəti itə bilərdi. Bərabərlik bizi çox üzmüşdü. Futbolçularda inamsızlıq görünürdü. Sevindim ki, üç gün ərzində toparlandılar, özlərinə inandılar. Rəqib də bura möhkəm gəlmişdi. Güclər bərabər idi.
Bu gün meydanda çox hadisə oldu. Gənc futbolçular ilk dəfə oynadılar, təcrübəlilər isə daha yaxşı çıxış etdilər. Komanda uduzmaq istəmirdi, xarakter göstərdi. Bu da çoxdandır ki, yox idi. İnanıram ki, noyabrdakı iki rəsmi matçı məğlub olmadan, qalib gələrək bu ili başa vurarıq”.
Mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.
- Bədavi Hüseynov 35 yaşı olmasına baxmayaraq sona qədər mübarizə apardı. Mahir Emreli son saniyəyə kimi müdafiəyə kömək edirdi. Bəs, Vüsal İsgəndərli nə etmək istəyirdi?
- Həqiqətən çətindir. Məşqçi üçün böyük təcrübə və böyük roldur. İnanın, hərdən öz-özümə fikirləşirəm ki, başqa cür olmuşam. Mənim üçün əsas meydançada patriot olmaqdır. Bədavi Hüseynov hər iki matçda da çox yaxşı çıxış etdi. Nə qədər yaxşı hallar olsa da, çatışmayan cəhətlərimiz var. İkinci qolu vura bilərdik. İlk dəfə millidə başlayanda futbolçulara deyirdim ki, cərimə meydançasına çata bilmirik. Son matçlarda isə cərimə meydançasının içində top itiririk. Vaxt lazımdır. Bəlkə də bu gün həyəcana görə səhvlər oldu. Yaxşı olar.
- Rəqibin baş məşqçisi bildirdi ki, VAR bütün qərarları Azərbaycanın xeyrinə verdi.
- Birinci oyunda 100 faiz deyirəm, litvalı futbolçu Emil Səfərovun ayağını tapdalamışdı. VAR müdaxilə etməmişdi. Bəlkə də penalti olmasaydı, biz orada qalib gələcəkdik. Biz bunları heç orada bəhanə etmədik. Olur da, baş məşqçidir, oyundan sonra nəsə deməlidir. Mən də hərdən deyirəm.
- Oruc Məmmədovu start heyətində meydana buraxmağınız gözlənilməz oldu və bir az fərqli mövqedə oynadı. Bu nəyə əsasın hesablanmışdı?
- “Şamaxı”da Orucu bu mövqedə sınamışam. Bir çox oyunlarda oynayıb. Bilirdim ki, oynaya bilər. Biz məşqçilər heyət qurmaq barədə çox düşündük. Dünən gecə qərar verə bilmirdik. Yorğunluq var idi, hər kəs oynamaq istəyirdi. Renat Dadaşov bu gün ağrılarla oynadı, amma dedi ki, kömək etmək istəyirəm. Kömək də etdi. Orucu qazandıq. Bilirəm ki, risk idi. Bəlkə də uduzsaydıq, suallar olacaqdı ki, “Belə ağır oyunda Oruca nəyə görə güvəndiniz?” Amma biz məşqçilər də risk etməli, güvənməliyik. Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar? Rüfət Abbasov, Oruc Məmmədov və digərləri... Yavaş-yavaş qazanırıq.
- Lixtenşteyn matçından sonra demişdiniz ki, müqaviləniz qışa qədərdir. Qrup birinciliyi və bu qələbə millidəki gələcəyinizə nə dərəcədə təsir edəcək?
- Vallah, o barədə fikirləşmirəm. Bu turnir bitməlidir. Ondan sonra hansı qərar olacaqsa, razılaşacağıq. Millidə bir oyunda baş məşqçi olmaq da mənim üçün şərəfdir. Sağ olsunlar, mənə güvəndilər. Ağır yük, ağır yol idi. Hər dəfə bu söhbət olur, özüm üçün də yaxşı deyil, bunu təkrarlamaq. Fransa millisi ilə oyun qabağı söhbətləri yəqin ki, xatırlayırsınız. Həmin ərəfədə rəhbərlik inandı. Onda da U-21 yığmasında çalışırdım. Bu barədə hansısa problem olmayacaq. Müqavilə bitdikdən sonra artırılmasa da, mənim üçün şərəf olacaq ki, Azərbaycan millisində çalışdım.
- Bu gün qazanılan qələbədən sonra Lixtenşteynlə görüşdə xal itirən yığmanı bağışlamaq olar?
- Futbolçulara da dedim ki, biz Lixtenşteyni udmağa məcbur idik. Futbolda belə hallar olur. Epizod olmasaydı, sönük olsaydılar, oyuna ciddi yanaşmasaydılar, başqa cür danışardım. Həyəcanlı idik, çox istədik. Qəza idi. Belə oyunlar olur. Biz də özümüzdən güclü komandalarla bərabərə qalmışıq. Mənim üçün bu oyun vacib idi. Həqiqətən gördüm ki, komanda olaraq məsuliyyəti dərk etdik. Millidən qələbə istəyirlər. Az da olsa, azarkeşlərimizi sevindirdik.
Bizi İnstaqramda izləmək üçün kliklə!
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı
Lamin Yamal “Sabah”la oyunu buraxacaq - Rəsmi
"Sabah" - "Barselona" oyununun hakimləri açıqlandı
“Mançester Yunayted”i elə tənqid etdi ki...
Mahir bir epizodla baş məşqçinin rəğbətini qazandı
Karyerasında 900-cü oyuna çıxdı - Qurban Qurbanov
Dünyada stadionları ən çox dolduran klubların – TOP-10-luğu
Gürcü legionerin "Zirə"də 50-ci qolu
“Hədəfimiz qış çempionu olmaqdır” - "Neftçi"nin futbolçusu
Azərbaycanın iki boksçusu Avropa çempionatının finalında
Lamin Yamal "Sabah"a 1 qol vursa... - UEFA nə yazır?
"Liverpul"un "Mançester Yunayted"ə vurduğu 4 qol - Video
Debütdə 100 illik antirekord təkrarlandı
La Liqada tarixi rekorda imza atdı
"Barselona" Bakı səfərindən əvvəl əzmkar qələbə qazandı
"Liverpul" "Mançester Yunayted"i darmadağın etdi
"Beşiktaş" səfərdə, "Trabzonspor" evdə qalib gəldi
“Çelsi” Alonsoya şans verəcək