Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir

Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
ÖLKƏ FUTBOLU 4 Oktyabr 2026 / 21:00 546
-  A +

“Milan”ın baş məşqçisi Ruben Amorimin komandadakı gələcəyi sual altına düşüb.

QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatımna görə, portuqaliyalı mütəxəssis A Seriyasında ilk 5 oyununda 3 qələbə və 2 heç-heçə əldə edib. Komanda bu nəticələrlə məğlubiyyətsiz irəliləyir və turnir cədvəlində ilk üçlükdə qərarlaşan komandalarla birlikdə uduzmayan 4 klubdan biridir.

Bununla yanaşı, Amorimin mövqeyi ilə bağlı şübhələr aradan qalxmayıb.  Mütəxəssisə qarşı narazılıq xüsusilə “Benfika” ilə Avropa Liqasındakı ağır məğlubiyyətdən (1:4) sonra artıb. Həmin görüşdə “Milan” azarkeşləri San-Siroda komandanı fitə basıblar. Bu qarşılaşmanı tribunadan izləyən Antonio Konte də fanatların diqqət mərkəzində olub və onun “Milan”a mümkün gəlişi ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.

Qeyd olunur ki, “Leççe” üzərində qələbə isə “Milan” düşərgəsində və Amorimə münasibətdə vəziyyəti bir qədər yaxşılaşdırıb. Portuqaliyalı baş məşqçi milli komandaların oyunları ilə bağlı fasilədən sonra şübhə ilə yanaşan azarkeşləri özünə inandırmağa çalışacaq.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner