AZAL futbol klubunun öz işinə hansı məsuliyyətlə, daha doğrusu, nə qədər qeyri-ciddi yanaşdığını üç gün əvvəl bir daha gördük. Çempionatın bitməsinə on bir tur qalmış klub rəhbərliyi səkkizinci yeri tutan komandanın baş məşqçisindən tələb edir ki... avrokuboklara vəsiqə qazan. AZAL-ın indiki potensialı və büdcəsi ilə mümkün olmayan bir iş!
Ən qəribəsi odur ki, Vaqif Sadıqovun istefa verdiyi həmin gün onun komandasını Avroliqada oynamağa imkan verən üçüncü yerin sahibindən nə az, nə çox, düz on altı xal ayırırdı.
Əslində bu məntiqsiz tələb bəhanədən başqa bir şey deyil. Belə görünür ki, AZAL-ın rəhbərliyi Vaqif Sadıqovla yolları ayırmaq fikrinə indi yox, hələ lap çoxdan düşübmüş. Yoxsa, hansı normal klub rəhbərliyi turnir cədvəlinin sonlarında məskən salan komandanın baş məşqçisi qarşısına avrokuboka getmək vəzifəsi qoyar?
Düzdür, bu tələb hələ çempionatın lap əvvəlində də olub, amma Sadıqov qarşısına qoyulan işin öhdəsindən, təbii olaraq, gələ bilməyib. Vaqif Sadıqova gülünc ittihamlar irəli sürməklə deyil, bir az ədalətli olaq. AZAL klubu avrokuboka getmək şansını indi və ya bir-iki ay əvvəl də yox, ötən ilin avqustunda, hələ Topaz Premyer Liqası başlamamış itirmişdi. Və əmin ola bilərsiniz ki, bu uğursuzluğa görə AZAL rəhbərliyi olmayan azarkeşi qarşısında Vaqif Sadıqovdan daha artıq məsuliyyət daşıyır.
Vaqif Sadıqov yeddi aydır haray çəkirdi ki, mənim normal heyətim yoxdu, komandaya yeni, səviyyəli futbolçular lazımdır. Amma rəhbərlik bu həyəcan təbilini eşitmək, haqlı xəbərdarlıqdan nəticə çıxarmaq əvəzinə görün, nə etdi: klubun büdcəsini iki-üç dəfə azaltdı, bir neçə aparıcı futbolçusunu saxlaya bilmədi və ya saxlamadı. Sadıqov isə qaldı hec nəyə yaramayan futbolçuların əlində. Bununla belə, o, öz təcrübəsi hesabına AZAL-ı birtəhər ayaqda saxlaya bildi, iddialı klublardan xal aldı. Gərək ki, çempionatın gedişatında liderliyə də yüksəldi. Amma mövcud heyətdəki bu güc əvvəl-axır bitməliydi və bitdi də. Təbii ki, Sadıqov bunu görürdü və haqlı olaraq yeni, keyfiyyətli oyunçular tələb edirdi.
AZAL rəhbərliyi isə öz işinə ənənəvi qeyri-peşəkar yanaşmasından əl çəkmək istəmədi. Yeni stadion, baza tikmək işin hələ başlanğıcıdır. Normal komandan, yaxşı heyətin olmayandan sonra o futbolu kimin üçün oynayırsınız? “AZAL Arena”nın boş tribunaları üçün?
Büdcəsi AZAL-dan beş-altı dəfə artıq, səviyyəsinə görə bu klubun futbolçularından on qat üstün olan klubların heç biri məntiqə sığmayan bu cür hərəkət etməmişdilər ki, AZAL etdi.
Görəsən, klub rəhbərliyi komandanın bundan sonra Avroliqaya vəsiqə qazanacağına heç özü inanır? Əlbəttə, bu, absurd olardı.
Sadıqov iki mövsümdə Premyer Liqamızın büdcəsinə görə ən kasıb klublarından olan AZAL üçün bacardığını etdi. Heyf ki, klubun rəhbərliyi bu komandaya onun qədər yanmadı. Yansaydı, Vaqif Sadıqovdan tələb etdiyi kimi, sponsorları AZAL aviaşirkəti qarşısında da məsələ qaldırardı ki, indiki büdcə və ucuz, əksəriyyəti keyfiyyətsiz futbolçularla Avropaya vəsiqə qazanmaq olmaz.
Vaqif Sadıqov isə özünə hörmət edən məşqçidir. Komandası autsayderlərlə bir sırada olduğu vaxtda “Avrokuboka vəsiqə qazanmalısan” kimi qeyri-peşəkar tələblə rastlaşan məşqçi əlbəttə, tutduğu vəzifədən də, düşdüyü o mühitdən də getməliydi.
Aydın BAĞIROV
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video