Rüfət Abdullazadənin komandası məğlub oldu

Rüfət Abdullazadənin komandası məğlub oldu
DÜNYA FUTBOLU 24 Oktyabr 2026 / 22:14 409
-  A +

İsrail Premyer Liqasında 8-ci turun oyunu keçirilir. 

QOL.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" öz meydanında "Sakhnin"i qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu Sana Qomes vurub.

Rüfət Abdullazadə oyuna start heyətində başlayıb və 56-cı dəqiqədə əvəzlənib.

Bu məğlubiyyətdən sonra 3 xalda qalan "Kiryat Şimona" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner