Canni İnfantino İlham Əliyevə təşəkkür edib

Canni İnfantino İlham Əliyevə təşəkkür edib
XƏBƏR 25 Oktyabr 2026 / 01:38 106
-  A +

FİFA prezidenti Canni İnfantino Bakıda keçirilən U-15 Dünya Çempionatı və Festivalının təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

QOL.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

İnfantino turnirin açılış oyununda Prezident İlham Əliyevlə birlikdə iştirak etmək fürsəti qazandığını qeyd edib. O, tarixi qarşılaşmanı birgə izlədiklərini, futbol sevgisi və bu idman növünün insanları bir araya gətirmək gücü barədə söhbət etdiklərini bildirib.

FİFA prezidenti futbolun insanlara ümid verdiyini, sevinc bəxş etdiyini, körpülər qurduğunu və ömürlük dostluqlar yaratdığını vurğulayıb.

İnfantino turnirin təşkilində Azərbaycan rəhbərliyinin roluna da toxunub: “Prezident İlham Əliyevin dəstəyi bu yarışın Bakıda keçirilməsində mühüm rol oynayıb”.

O əlavə edib ki, FİFA ilə Azərbaycanın əməkdaşlığı sayəsində qurumun 189 üzv assosiasiyasından olan gənc futbolçular istedadlarını beynəlxalq səviyyədə nümayiş etdirmək və arzularına bir addım da yaxınlaşmaq imkanı əldə ediblər.

Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalının rəsmi açılış mərasimi oktyabrın 24-də Bakıda keçirilib. Açılış oyununda Azərbaycan millisi Timor-Lesteni 6:0 hesabı ilə məğlub edib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner