İlham Əliyev dünya çempionatının açılışını və millimizin oyununu izləyib

İlham Əliyev dünya çempionatının açılışını və millimizin oyununu izləyib
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2026 / 20:58 1438
-  A +

Oktyabr 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.

QOL.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino mərasimi izləyiblər.

Daha sonra dövlətimizin başçısı, birinci xanım, ailə üzvləri və FIFA prezidenti Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyiblər.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner