Neymar qırmızı vərəqədən sonra susmadı

Neymar qırmızı vərəqədən sonra susmadı
DÜNYA FUTBOLU 25 Oktyabr 2026 / 13:03 373
-  A +

“Santos”un hücumçusu Neymar Braziliya çempionatının 32-ci turunda “Baiya” ilə  keçirilən oyunda (1:1) qırmızı vərəqə alaraq meydandan qovulub.

QOL.az xəbər verir ki, o, rəqib komandanın futbolçusu Rodriqo Nestora əli ilə ağzını örtərək nəsə deyib.

Nestor bu barədə hakimə şikayət edib və Neymar meydandan qovulub. Meydanda danışarkən ağzı əllə örtmək qadağan olunduğundan referi bu qərarı verib.

Braziliyalı hücumçu matçdan sonra hadisə ilə bağlı fikirlərini bölüşüb.

“Nestorun bu gün mənə qarşı etdiyini çox ciddi hesab edirəm. Niyə? Çünki bu, irqçiliyə qarşı yaradılmış qanundur. O isə əlimlə ağzımı örtməyimdən istifadə edərək oyunda üstünlük qazanmağa çalışdı. Halbuki ona heç nə deməmişdim.

Əlbəttə, bir-birimizi təhqir edir, söz atırdıq. Bu, normaldır, futbolun bir hissəsidir. Amma onun etdiyi çox ciddi məsələdir. Əgər bu, irqçiliyə qarşı yaradılmış qanundursa, o, necə belə hərəkət edə bilər? Bu, inanılmazdır. Baş verənlərə görə çox məyusam, çünki bu, çox alçaq hərəkət idi” – deyə Neymarın sözlərini UOL nəşri yayıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner