“Neftçi”nin qapıçısı Emil Balayev Misli Premyer Liqasının 9-cu turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan sonra (1:1) jurnalistlərin suallarını cavablandırıb.
QOL.az xəbər verir ki, komandanın kapitanı qapıçı səhvi ilə bağlı sual veriləndə müsahibəni yarımçıq tərk edib. Həmin müsahibəni təqdim edirik.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Açığı, qarşılaşma düşündüyümüz kimi alınmadı. 30-cu dəqiqədə qırmızı vərəqə aldıq, azlıqda qaldıq. Buna baxmayaraq, sağ olsun uşaqlar, özümüzdə güc tapdıq, qol vurduq. Düzdür, ikinci hissədə də qapımızda qol gördük. Ən azından döyüşdük. Bütün komandamıza, hər bir oyunçuya təşəkkür edirəm, axıra qədər döyüşçü ruhu ilə mübarizə apardılar.
- “Neftçi” əsas rəqiblərdən heç birinə uduzmasa da, eyni zamanda qalib də gələ bilmədi. Bunu necə qiymətləndirirsiniz?
- Baş məşqimiz də demişdi. Keçən oyunlarda xal qazanmadıq, əksinə, xallar itirdik. Hamı üçün aydındır, “Neftçi” yaxşı nəticələr uğrunda mübarizə aparır. İndi belə alındı. 3 oyuna 3 xal qazandıq. Hardasa demək olar ki, 6 xal itirdik. Analizlər aparacağıq. Çalışacağıq ki, oyunumuzu yaxşılaşdıraq.
- Fərdi götürsək, qolda sizin səhviniz var idi. Ötən oyunda da Rza səhvlərlə yadda qalmışdı. Xallar belə-belə gedir...
- Məni bağışlayın, səhv söhbətini qapıçı məşqçiləri qərarlaşdırır. Sağ olun (müsahibəni yarımçıq saxlayıb miks-zonanı tərk edir).
Bu gecə "El-Klasiko" var
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu
Rüfət Abdullazadənin komandası məğlub oldu
“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
"Neftçi" - "Turan Tovuz" matçından - Video
Kurban Berdıyev heç-heçəni şərh etdi
Azərbaycanın iki güləşçisi dünya çempionatının finalında
Azərbaycan millisi mundiala böyükhesablı qələbə ilə başladı
"Kəpəz"in qələbəsindən - Video
"Yaxşı sponsorumuz olsa..." - Azər Məmmədov
“Hazırda çox çətin durumdayıq” - Zaur Həşimov
“Beşiktaş”ın müdafiəçisi sıradan çıxdı
"Mançester Siti" mövsümdə ilk məğlubiyyətini aldı
"Neftçi" - "Turan Tovuz" matçının heyətləri açıqlandı
“Transfer imkanlarına açığıq”
“Barselona” “Real”la matça necə hazırlaşır?
PSJ azarkeşləri: "Gəlin, matçı boykot edək"
Azərbaycan şahmatçılarındandan Avropa Kubokunda 2 medal
"Şəfa" - "Kəpəz" : Heyətlər
Mourinyo: "Sən ağıllısan, mən isə axmaq deyiləm!"
"Bavariya"dan Kompaninin səhhəti ilə bağlı açıqlama
187 ölkə, 1000-ə yaxın oyun – Bakıda tarixi futbol turniri
Çempionlar Liqasının yeni formatını sərt tənqid etdi
“Onun ideyaları məni cəlb etdi” - “Zirə”nin legioneri
Fransada etiraz aksiyalarına görə oyunun vaxtı dəyişdirildi
Ronaldodan maraqlı jest
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
Bakı səfəri “Borussiya”nı yorub
Azərbaycan çempionatları tarixində 15000-ci qol
Yunuszadə - Kökçü qarşıdurmasında kim sevindi?
Andrade “Polesye”də növbəti qolunu vurdu
Superliqada 9-cu tur start götürdü