Şeydayev oynadı, "Soçi" qələbə qazandı

Şeydayev oynadı, "Soçi" qələbə qazandı
DÜNYA FUTBOLU 24 Oktyabr 2026 / 22:50 404
-  A +

Rusiya Birinci Liqasında 15-ci turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin şərəfini qoruduğu "Soçi" səfərdə "Tekstilşik İvanovo"nun qonağı olub. Qarşılaşma "Soçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Rusiya Birinci Liqası, 15-ci tur

"Tekstilşik İvanovo" - "Soçi" - 1:3
Qollar:
A.Pomalyuk, 8 - M.İqnatov, 13, 63, Z.Fedorov, 67-pen.

Ramil Şeydayev görüşün 75-ci dəqiqəsində meydana daxil olub.

Bu qələbədən sonra xallarının sayını 32-yə çatdıran "Soçi" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner