Fırtına təhlükəsi olsa da, matç keçiriləcək

Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
DÜNYA FUTBOLU 25 Oktyabr 2026 / 17:16 553
-  A +

İngiltərə Premyer Liqasının növbəti turunda “Liverpul” “Enfild”də “Brayton”u qəbul edəcək. Qarşılaşma güclü külək və leysan yağış xəbərdarlığı fonunda keçiriləcək.

QOL.az xəbər verir ki, "Tribalfootball" nəşrinin məlumatına görə, Mersisayd bölgəsində matçın keçiriləcəyi gün - oktyabrın 25-də saat 23:00-dək sarı hava xəbərdarlığı qüvvədə olacaq. Küləyin sürətinin bəzi ərazilərdə saatda 80 milə çatacağı gözlənilir.

Klub matçın planlaşdırıldığı vaxtda keçiriləcəyini təsdiqləyib və azarkeşlərə stadiona gedərkən ehtiyatlı olmağı, səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edib.

“Brayton” isə oyuna yaxşı formada gəlir. Komanda Premyer Liqada son 4 matçının hamısında qalib gəlib və bu görüşlərdə 15 qol vuraraq qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, 2024-cü ilin dekabrında “Liverpul”un “Everton”la oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmışdı.


Qarabağ FK
Son xəbərlər
topaz banner