Kurban Berdıyev heç-heçəni şərh etdi

Kurban Berdıyev heç-heçəni şərh etdi
PREMYER LİQA 24 Oktyabr 2026 / 21:17 1269
-  A +

Misli Premyer Liqasının 9-cu turunda “Turan Tovuz” səfərdə “Neftçi” ilə heç-heçəyə (1:1) razılaşıb. 

QOL.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb:

“Paltardəyişmə otağında futbolçularıma göstərdikləri səylərə görə təşəkkür etdim. Rəqib azlıqda qalmamışdan əvvəl də üstün tərəf biz idik. Çoxsaylı qol epizodları yaratdıq, amma onlardan yararlana bilmədik. Üzücü məqam odur ki, qələbə qazana bilmədik”.

- Heç-heçəni müsbət nəticə hesab edirsiniz?

- Xal itirdik.

- Buraxılan qola görə qapıçını günahlandırırsınız?

- Buraxdığımız qolda bütün komandanın səhvi var idi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner