Azərbaycan milli futbol komandası iyunun 1-dən Avstriyanın Ştiriya bölgəsində bapbalaca bir kənddə təlim-məşq toplanışındadır. Qərib adam üçün yad ellərdə çətin coğrafi adlar əzbərləmək bir az vaxt aparır. Bad Valdersdorf da onlardan biridir. Sakit bir kənddir. Elə sakitdir ki, deyərsən, sanki anadan lal doğulub. Bu hüzurverici sükutu isə tez-tez yalnız quşların ruha işləyən cəh-cəh vurması pozur.
Bad Valdersdorf.

Başqa nə var burada? Termal suları var, elə buna görə gəlib-gedənləri çox olur (əsasən yaşlı insanlar). Yəni sanatoriyadır. Və üstəgəl, yaşıllıqlar, yan-yana düzülmüş meşələr. Azərbaycan millisinə bu bölgə ona görə seçilib ki, hazırlıq üçün havası, məşq keçməsi üçünsə meydançası idealdır. Avstriya-Macarıstan sərhədindəki bölgədir. Bir vaxtlar burada Buscu adlı sərhəd keçid-məntəqəsi də olub. Sərhədlər götürülsə də, həmin məntəqə rəmzi olaraq saxlanılmaqdadır.
Macarıstandan millini ziyarət etmək üçün gedəndə bir vaxtlar mövcud olmuş sərhədin bu hissəsindən keçirik. Yəqin buranı hər görəndə neçə-neçə macarda, avstriyalıda bir xatirə canlanır…

***
Elvin Cəfərquliyev kənara çəkilib telefonla danışır. Nahardan sonra milli üzvləri otelin lobisində dincəlirlər. Görəndə yaxınlaşıb mənimlə mehribanlıqla görüşür. “Qarabağ”la bu yaxınlarda yaşadığı məlum hadisə yadıma düşür dərhal. Amma nə özü bu barədə danışmağa həvəsli görünür, nə də mən təkid edirəm. Sonra, artıq mətbuat konfransında baş məşqçi Ayxan Abbasova Elvin haqda sualı ünvanlamaya bilmirəm. O da deyir ki, sentyabra, Millətlər Liqasına qədər Elvin özünə klub tapmalıdır. Yəni “Qarabağ”dan getmək ehtimalı yüksəldir. Amma hara, nə vaxt? Yəqin tezliklə bilərik.
Yeri gəlmişkən, mətbuat konfransına Ayxan Abbasov Emil Balayevlə birgə daxil olur. Elə oradaca elan edir: “Malta və San-Marino ilə yoxlama matçlarında iki fərqli heyətlə oynayacağıq. Emil sabah (bu gün - A.B.) start heyətdədir”.
32 yaşlı qapıçı “Neftçi”də əsas heyətə qayıtdıqdan sonra artıq əsas milliyə də dəvət alır. İnamlı və həvəsli görünür. Heyf ki, karyerasının bir xeyli vaxtında biz Emili nə millidə, nə də klublarında əsas heyətdə görə bildik.
İndi bu istedadlı və vətənpərvər futbolçunun yenidən milliyə dəvət alması yaxşı hadisədir. Bir daha təsdiq olunur ki, futbolçuda xarakter olanda o, yenidən dirçələ bilir.

***
Ayxan müəllim Elvin, Emil və digər oyunçuları barədə biz media nümayəndələri ilə qeyri-rəsmi görüşdə, mətbuat konfransından əvvəl də bəhs edir. Həmin görüşdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, idman direktoru İlqar Qurbanov və mətbuat xidmətinin rəhbəri Murad Axundov da iştirak edir. Söhbət 3 saata yaxın çəkir, bilinməyən yeniliklərdən xəbər tuturuq. Son illər AFFA rəhbərliyi tərəfindən belə müsbət təşəbbüslər bir neçə dəfə olub. Faydalıdı bu görüşlər. Bu, həm də ona görə əhəmiyyətlidir ki, əvvəla futbolumuzla bağlı şayiələrin, dedi-qoduların yaranmasının qarşısı alınsın, həm də müəyyən təkliflər birbaşa federasiya rəhhərliyinin özünə çatdırılsın.
Elə bu görüşdə Ayxan müəllim deyir ki, Elvin gələndə bir az fiziki formadan uzaq idi, indi xeyli yaxşılaşıb və sonra gülərək əlavə edir: “Necə formada olduğunu isə Malta ilə oyunda görəcəksiniz”.
Nəriman Axundzadə haqda isə bildirir ki, ABŞ-a gedəndən sonra onub fikri, futbola baxış tərzi müsbətə doğru xeyli dəyişib, üzərində daha çox işləməyə başlayıb. Onların real durumunu isə biz Malta ilə oyunda görəcəyik.
Həmin oyun isə bu gündür. Macarıstanın Sombathey adlı şəhərindəki “Haladaş” klubunun stadionunda. Malta millisi hazırda FİFA reytinqində 162-ci yerdədir, biz 124-də. 38 pillə geridədirlər. Amma son illər qalib gələ bilmirik bu komandaya…
Cırtdan futbol ölkəsi olmaqla deyil ki.
Reportajlarımız davam edəcək.
Aydın Bağırov,
Macarıstan-Avstriya
Jurnalistlərin Macarıstan səfəri AFFA-nın təşkilatçılığı və “Misli”nin dəstəyi ilə həyata keçirilib
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu