Azərbaycan futbolunda süni ot örtüyü problemləri illərdir qalmaqdadır. Avropa bu örtüklərdən imtina edir. Biz isə maksimum 200 min manat “tapmırıq” ki, bir keyfiyyətli təbii futbol meydançası salaq.
Bəli, bir əla təbi öt örtüyünün qiyməti heç də milyonlara filan başa gəlmir. Uzağı 200 min manat, ona aylıq ideal baxım isə 10-15 min manat civarında.
Bizim futbolda 200 min manat bir keyfiyyətsiz legioner oyunçunun illik maaşı deməkdir. Amma söhbət meydançanı dəyişməyə gəlib çatanda nədənsə, hamının pulu “qurtarır”.
Əvəzində uşaqlı-böyüklü hamı üstü süni ot, altı isə beton olan meydanda oynamaq məcburiyyətində qalır.
***
Süni meydançaları indi əsasən sərt qışın keçdiyi müəyyən ölkələrin şəhərlərində görə bilirik. Bunu da başa düşmək olar. Məsələn, Norveçin, İsveçin 10-15, bəzən hətta 20-30 dərəcəyə çatan şaxtasına nəinki kövrək təbii ot, heç güclü insan orqanizmi də dözə bilməz.
Məlum, süni ot örtüyü futbolçuların tez-tez və ciddi zədə almalarına gətirib çıxarır. Bu, həm peşəkar, həm də yeniyetmə futbolçulara aiddir. Bu mənada yaxşı olar, valideynlər də uşaqlarının elə meydançalarda oynamasına laqeyd yanaşmasın, klublar qarşısında məsələ qaldırsın. Çünki bu meydançalar uşaqların gələcək fiziki durumu - mümkün ciddi zədələri üçün real təhlükə qaynağıdır.
Düzdür, son dövrlər bizdə bəzi klublar təbii meydançalara keçmək niyyətlərini ifadə ediblər. Məsələn, “Turan Tovuz”. Lakin bunlar hələlik yalnız xoşməramlı vədlərdir.
Odur ki, söz başqa, iş başqa.
Süni meydança problemi ən çox Premyer Liqamızın məşqçilərini narahat etməkdədir. Dünən “Səbail”lə oyundan sonra “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da bu məsələyə toxunub. Bu da səbəbsiz deyil.
Əvvəla “Səbail”in də meydançası sünidir. Özü də ən keyfiyyətsizindən. İllərdir çox məşqçimiz həmin meydandan narazılıq edib. Di gəl ki, bunlar qulaqardına vurulub. Onsuz da Azərbaycan futboluna deyil, qohum-əqrəbaya, dost-tanışa xidmət üçün yaradılan bu klub futbolumuza bir də ən ucuz (sənədlərdə isə ən baha) meydança ilə də zərər vurub. “Səbail”pulunun neft quyusu kimi fışqırdığı vaxtda belə hətta öz futbolçusuna rəhm etməyərək qazonu dəyişməyib.
Əvəzində təəccüblüdür ki, burada illərdir Premyer Liqa kimi yüksək statuslu turnirin keçirilməsinə icazə verilib. Niyə?
Cavab başqa bir yazının mövzusudur. İndi gələk süni ot örtüyünün yaratdığı və yaşatdığı problemə.
Daha doğrusu, bundan sonrasını artıq onu bir mütəxəssisin, ömrünün böyük hissəni futbola həsr edən və etməkdə olan adamın dediklərindən oxuyaq.
Rəşad Sadıqovun.

“Bir çox komandamız yaxşı, iddialı transfer edir, çempionatımıza samballı futbolçular gətirir. Onların yaxşı oyun göstərməsi üçün isə şərtdir ki, meydança da yaxşı olsun. Sonra tribuna, stadion… Bunlar bir-birini tamamlayan məsələlərdir. Mən düşünürəm ki, süni ot örtüklü meydançalarımız azalmalıdır. Yeni mövsümdə “Kəpəz”in stadionu hazır olacaq və onlar təbii ot örtüyündə oynayacaqlar. Eşitmişik ki, Ehtiram müəllim “Turan”ın stadionunun ot örtüyünü dəyişmək istəyir. “Səbail” 1-ci liqaya düşdü. Biz buna görə sevinmirik ki, süni ot örtüyü olan komanda sayı azaldı.
Biz süni ot örtüyünü futbolumuzdan yox etməliyik. İstər əsas komandalarımız, istər akademiyalarımız süni ot örtüyündən çıxmalıdır. Bu, bizim futbolun inkişafını yubadır, irəli getməsinə çox mane olur. Diqqət yetirsəniz, görərsiniz ki, bəzi usta futbolçular süni öt örtüyündə ehtiyatla oynayır, özlərini qoruyurlar. Bu da təbiidir. Bizim futbolçumuz Yusuf Lavalın bacarığını hamımız bilirik. Onu Portuqaliya yüksək liqasından transfer edib gətirmişik. Mən ilk dəfə idi, elə hadisə ilə rastlaşırdım ki, əzələnin əməliyyatı olsun. Düşünürəm ki, buna əsas səbəb süni ot örtüyü oldu. Sonra Marandiçinin zədəsi.
Belə hallar futbolçularda psixoloji travma yaradır. Ona görə də artıq növbəti matçlarda onlar ehtiyatla, qorxa-qorxa oynayırlar [süni meydançalarda]. Bu da oyunun keyfiyyətinə təsir edir. Bunu mütləq şəkildə birlikdə həll etməliyik. Deyək ki, günah hansısa komandadadır, ot örtüyünü tez dəyiş. Bu problemi həll etmək asan proses deyil. Hamısına vəsait lazımdır. Bundan başqa, komandanın özünün təbii ot örtüyündə məşq etməsinə şərait olmalıdır. Bu, uzun bir prosesdir. Düşünürəm ki, yaxın gələcəkdə məsələ həllini tapar. Çünki bizdə də məlumat var ki, federasiya rəhbərliyimiz bu yöndə işlər görür ki, bütün komandalar təbii ot örtüyündə çıxış etsin. Bu, qısa zamanda həll olunacaq məsələ deyil. Amma inanıram ki, yaxın illərdə biz artıq süni ot örtüyündən qurtulacağıq. Bu, futbolumuzun inkişafı üçün çox vacib şərtdir”.
Sadıqovun bu sözləri az da olsa ümid işığı yaradır.
Amma bir tərəfdən də xəbərlər yayılır ki, Premyer Liqaya yüksələn “Karvan” və “İmişli” də yeni mövsümdən oyunlarını süni meydanda keçirmək istəyirlər. Pul yoxdur deyirlər.
Sabah isə görəcəyik ki, bu bölgə klublarımızın hər birinin heyətində 200-300 minlik oyunçu var… Mövsümün sonunda da faydasız oyunçu kimi yola salacaqlar.
AFFA-nın ayıracağı 2 milyon 500 min manatdan 200 minini təbii meydançaya xərcləmək çoxmu çətindir?
AFFA demişkən.
Federasiyanın yeni rəhbərliyi vədlərdən, sözlərdən əməli işə keçməlidir. Bu məsələyə dərhal müdaxilə edib çıxış yolu tapmalıdır.
Çünki süni meydançalar təhlükə yuvasıdır.
Orada futbolçu yetişə bilməz.
Aydın Bağırov
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu