Ayxan Abbasov - "Şamaxı"nın bu gənc məşqçisi nə deyir?
Oxuyaq...
“Futbolçuya ölkəsinə görə qiymət vermək düzgün deyil. Ötən yay mən “Turan Tovuz”u çalışdıran zaman Türkiyədə təlim-məşq toplanışında idik. Biz və digər Azərbaycan klubları Tanzaniya təmsilçiləri ilə yoxlama oyunu keçirdik. Biz də daxil olmaqla klublarımız o komandalardan 2-3 oyunçunu bəyənmişdi. İnanın ki, heç onlar bəyənib bura gəlmədilər. Onların çempionluğa oynayan klublarında hansısa oyunçunu bu gün Azərbaycan komandasına gətirmək çətindir".
Ayxan Abbasovun Tanzaniyadan danışması, əlbəttə, səbəbsiz deyil. Dünən "Şamaxı" klubu elan etdi ki, onlar həmin ölkənin nümayəndəsi Alfons Msanga Mabulanı transfer edib. O ölkənin də adının çəkilməsi bəs etdi ki, yerli futbolumuzla maraqlanan təbəqənin az bir hissəsi hiddət və lovğalıqla desin ki, Tanzaniya hara, biz hara...

Əlbəttə, heç kimə sirr deyil ki, bizdə yaxşı futbol var.
Əlbəttə, bizdə futbol olduğuna görədir ki, AFFA-nın, klublarımızın muzeyi beynəlxalq kuboklarla dolub-daşıb, indi təzələrini qoymağa yer də tapılmır.
Əlbəttə, hər il gürcülərin Kvaratsxeliyası, özbəklərin Xusanovu kimi gənc futbolçular yetişdirib 40-50 milyon avroya satan da bizik.
Əlbəttə ki, yuxuda.
Amma yuxudan oyanıb real dünyaya baxanda nə görürük? Həmin Tanzaniyanın FİFA-nın reytinqində bizdən düz 11 pillə qabaqda olmasını.
Samatta soyadlı futbolçusunun 2016-cı ildən bəri Avropada “Genk”, “Anterverpen”(Belçika), “Aston Villa” (İngiltərə), “Fənərbaxça”da (Türkiyə) oynayıb, indi də karyerasını PAOK-da (Yunanıstan) davam etdirməsini.
Başqa bir oyunçusu Novatus Miroşinin Avropada “Beytar” (Tel-Əviv), “Zyulte Vareqem” (Belçika), “Şaxtyor”da (Ukrayna) çıxış edib, hazırda Türkiyə Superliqa təmsilçisi “Göztepe”də oynamasını.
Bəs bizimkilər hardadı? "Bandırmaspor"da...
Hazırda guya ən yaxşı legioner oyunçularımızdan sayılan Coşqun Diniyev artıq 30 yaşına girib, amma görünür, karyerasında görüb-gördüyü yeganə xarici çempionat elə Türkiyənin birinci liqası olacaq...
Rahil Məmmədovun da 30 yaşı var. Polşada həm də zədəsi səbəbindən bu mövsüm sabit seriyası olmayıb. Yaş ötür, amma bu vaxtacan o da xaricdə özünə yaxşı karyera qura bilməyib. Gec deyilmi?
Vüsal İsgəndərli pis-yaxşı Albaniyada "Eqnatiya"da əsas heyətdə sabit oynayırdı, yəqin ki, daha çox gəlir əldə etmək üçün o da təzədən Türkiyə 1-ci liqasına üz tutdu. Bu mövsüm vur-tut 8 oyuna çıxıb, cəmi 2-də əsas heyətdə yer alıb. Nə deyəsən? Öz karyerana niyə belə sərt davranasan?
Perspektiv və istedadına inandığımız gənc Musa Qurbanlı İsveçdə, Cəlal Hüseynov isə Bolqarıstan kimi orta səviyyəli çempionatda belə uğur qazana bilməyib geri qayıtdı. İndi kimə ümid bəsləyəsən? Sabahımız üçün hansı gənclərə bel bağlayasan?

Azərbaycan millisində oynayan, əslən azərbaycanlı olan, amma hələ də Azərbaycan dilində iki cümlə öyrənməyən (Şeydayev kimi) Renat Dadaşov 25 yaşa gəlib çıxıb, amma karyerasında 25 metr irəli gedə bilməyib. Bu mövsüm vur-tut 2 qol vurub. Bu göstəriciylə hazırkı mövsüm Türkiyə 1-ci liqasında qol vuranların siyahısında heç birinci 50-likdə də yoxdur...
Belə də hücumçu olarmı?
Hələlik xarakter göstərən legionerimiz Mahir Emrelidir. O da gərək fürsətləri boşa verməsin, əlinə düşən imkanları xərcləməsin. Yoxsa Almaniya futbolu belə məsələdə sərt və güzəştsizdir.
Hə, bir də sanki kölgədə qalan, amma ümumən uğurlu oyun keçirən bir gəncimiz də var. 23 yaşlı Zamiq Əliyev... Albaniyada "Eqnatiya"nın üzvü olan mərkəz müdafiəçisi bu mövsüm əsas heyətin daimi üzvünə çevrilib.
Kaş ki, karyerasının yaxşı vaxtında pula aldanıb təzədən Azərbaycana qayıtmasın.
Kaş ki, Avropa futbolunda azərbaycanlı futbolçular da kvaratsxeliyalar, xusanovlar kimi səs salsın.
Amma bunlar, elə bil tosta bənzədi axı.
Qayıdaq yenə bu günə, öz real dünyamıza.
O dünyanın futbol adlı kiçik bir hissəsinin lap dibinə enmişik biz. Millətlər Liqasının D liqasına.
Kədərli, həm də faciəvi mənzərə bax elə budur, Tanzaniyadan futbolçu gətirmək yox.
Odur ki, atalarımız necə deyib: "Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır".
Aydın Bağırov
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu