Futboldan uzaqlaşmışdım bir müddət. Nəinki futboldan, elə işdən də, sosial mediadan da.
Özü də futbol ab-havasının bu qaynar çağında.
Nə gizlədim, yormuşdu məni.
Amma bir şeydən yorulub-yorulmamaq mənim Qarabağa səfərimə heç vaxt əngəl olmur. Xüsusən artıq hər il qeyd etdiyimiz Zəfər gününün ildönümündə.
8 noyabrı Qarabağda qarşılamaq az qala rituala çevrilir mənim üçün. Bu, bir növ mənim özümün öz qarşımda qoyduğum mənəvi və vicdani öhdəlikdir.
Odur ki, bu il də ənənəni pozmadım və 8 noyabr günü Qarabağa istiqamət aldım ki, bu, təkcə 2024-cü ildə ora beşinci, ya altıncı səfərim idi. Amma Bakıdan ora hardasa 400 kilometrlik hər səfərim düzü, 28 illik fasilədən sonrakı ilk səfərim kimi yuxutək gəlir mənə.
Ona görə də mən hər Qarabağa gedəndə Allaha etdiyim iki duamdan biri bu olur: kaş yaşadıqlarım yuxu olmaya…
Çünki erməni işğal dövründə yuxumda Qarabağa, Ağdamdakı ata-baba evlərimizə çox getmişəm, o vaxtlar ən gözəl anlarımı da məhz onda yaşamışam.
Ta yuxudan oyanıncaya qədər.
Və niyə Qarabağ məni özünə bu qədər çox çəkir deyə düşündükcə ona əmin oluram ki, doğulduğum torpaqla mənim aramda düz 28 illik məsafə səddi olub.
28 illik işğal səddi.
Amma bir daha qarşımıza çıxmaz elə sədd.
Çıxa bilməz.
Ona görə çıxa bilməz ki, indi bu torpağın altı da, üstü də, havası da İsa Bulağından axan, Turşsuda, İstisuda qaynayan tərtəmiz su kimi pakdır.
Yəni o yurda, el-obaya bir mənəvi təmizlik gəlib.
Necə gəlib?!
Əvvəla qalib sərkərdəsi və ordusuyla gəlib.
Və həm də…
Dağıdılmış Ağdamın hər qarışının indi qurulmasıyla gəlib.
Bugünkü “İmarət”ın sanki cənnətə çevrilməsi ilə gəlib.

Nisgilli Xocalıda matəm aurasını əvəzləyən qürur havası ilə gəlib.
Xankəndinin mərkəzində azərbaycanlı tələbə balalarının qol-boyun olub fəxrlə gəzməsi ilə gəlib.
Şuşada fəhlə qardaşımızın Xanın oxuduğu “Qarabağ” şikəstəsinin sədası altında daşı daş üstünə qoyması ilə gəlib.
Laçında Həkəri çayının hər səhər insan selini görüb sevincdən coşması ilə gəlib.
Və sən də bunu görürsən. Həm də ürəyinlə, beyninlə, qanın və ruhunla hiss edirsən.
Onda deyirsən, həə…
Bax bu eldən axır ki, namərdlər gedib!
Bax bu elə mərdlər gəlib artıq!
Mərdlər, mərd insanlar, mərd oğullar…
Aydın Bağırov
Ağdam, İmarət kompleksi
09.11.2024
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko