Siz bu sətirləri oxuyanda artıq ola bilsin ki, bizim futbol ağıllıları adı heç kimə məşqçi kimi qətiyyən bir şey deməyən Nikola Yurçeviçi milli komandamızın baş məşqçisi təyin edəcək.
Onun 52 yaşı var, 17 ildir məşqçiliklə məşğuldur. Öz vətəni Xorvatiyada futbol dairələrində az-çox yalnız ona görə tanınır ki, Xorvatiya millisində (2006-12), Moskva “Lokomotiv”ində (2012-13), İstanbul “Beşiktaş”ında (2013-14) və İngiltərə “Vest Hem Yunayted”ində (2015-17) Slaven Biliçin köməkçisi işləyib. Vəssalam! Biliç Səudiyyə Ərəbistanına işləməyə getdikdən sonra, 2018-ci ildə isə Yurçeviç Zaqreb “Dinamo”sunda çalışdırıcısı təyin edilib. İnternetdə onunla bağlı məlumat çox azdı. Ona görə ki, baş məşqçi kimi nə zəngin karyerası, nə də uğurları var. Bununla belə, çox az olan məlumatlar da deyir ki, “Dinamo”da cəmi 11 oyundan, yəni hardasa 2 aydan sonra uğursuz nəticələrə görə klubdan qovulub və o vaxtdan işsiz qalıb.
Buyurun, indi bu adamın millimizə təyinatı rəsmiləşmək üzrədir. “Avro-2020”nin seçmə mərhələsinin başlamasına isə cəmi bircə ay qalıb. Amma Yurçeviç bizim futbolu, futbol mentalitetini, futbolçuları nəinki yaxından, heç ümumiyyətlə, tanımır. Hesablasaq, Azərbaycanda təcrübəsi həmin xorvatdan az olmayan nə qədər yerli işsiz və işi olan məşqçi var. Çoxu UEFA-nın ali məşqçilik dərəcəsi olan PRO kateqoriyası da alıb. Amma yerli məşqçilərin heç birinin AFFA üçün dəyəri qalmayıb. Həm də sözlərinin kəsəri, təsiri imkanı sıfır səviyyəsindədir. Sözünün hökmü olan Qurban Qurbanovla Rəşad Sadıqov idi ki, belələri də öz işləri ilə AFFA-nın pulyeyən çarxına çomaq soxa bilərdi. Ona görə də fəaliyyətlərinin heç bir ili tamam olmamış urvatsızcasına yola salındılar.
Həmin vaxt baş katib Elxan Məmmədov dedi ki, bundan sonra yeni məşqçi axtarışını Məşqçilər Komitəsi ilə birgə məsləhətləşmələr əsasında həyata keçirəcəyik. Amma tezliklə verilən açıqlamalardan bir daha təsdiq olundu ki, bu komitə təpədən dırnağa qədər marionetka – kukla bir qurumdu və Elxan Məmmədov üçün də, ondan yuxarılar üçün də yalnız ictimai görüntü vasitəsidir. Əsas günahkar AFFA deyil, əlbəttə. Hər şeyə zəmin yaradan insan özüdü. Vaqif Sadıqovdu, Ağasəlim Mircavadovdu, Şahin Diniyevdi, Şakir Qəribovdu, Yaşar Vabahzadədi. Əvvəla onlar AFFA-nın tələb etdiyi bütün şərtlərə razıdılar. Ona görə də yerli məşqçilərdən heç birini AFFA-ya tövsiyə etməyiblər. Etməzlər də. Çünki özlərini heç kimdən zəif saymırlar. Əcnəbi Yurçeviçin namizədliyinə qarşı da çıxmayıblar. Çıxsalar, bundan sonra komitədə olmayacaqlarını bilirlər. Deməli, bu mənzərə hamısına sərf edir – özlərinə də, onları ora təyin edənlərə də.
Yəni hamı oyun oynadığının fərqindədi, əslində. Oyun oynaya bilməyən məhdud hissəsini isə kəsib tullayırlar bir kənara. Qınaq yox, mane olan yox. Ona görə də kiminsə tanımadığı, uğurdan kasad bir əcnəbini gətirirlər milli komandanın başına. Niyə uğurdan kasadı? Ona görə ki, uğurlu məşqçiyə şərt qoyurlar ki, millimizi “Avro-2020”nin final mərhələsinə çıxarmalıdı. Dörd oyun Bakıda olacaq, axı. Hesabat da verilməlidi yuxarılar üçün. Amma təcrübəsi, uğuru olan əcnəbi məşqçiyə təklif olunan pul hər nə qədər yaxşı olsa da, o, şərti qəbul etmir. Bilir ki, ağılsız, reallaşması mümkün olmayan tələbdi. Kimlə? Hansı futbolçu ilə Avro-2020-yə gedəcəyik?..
Çempionatın can üstə olan səviyyəsi bəllidi. Bu, klublardan milliyə gələn futbolçunun səviyyəsinə birbaşa təsir edir. Bölgələrdə futbol və futbol məktəbləri qalmayıb. Ölkədə ciddi futbolçu böhranı var. Futbol dairələrində isə bu faktı düşünən 5-10 faiz adam qalıb. O adamlar da futbolu düzəltmək birbaşa vəzifə borcu olan AFFA-da deyillər. Həmin 5-10 faiz səmimi şəkildə istəyir və cəhd edir ki, nələrsə yaxşı olsun. Qalan 90-95 faiz sadəlövhcəsinə dedi-qodu, qeybət, kin saxlamaq, quyu qazmaq, biclər isə dələduzluq etməklə məşğuldurlar. İndi siz deyin, belə bir mühitdə futbol ola, milli komanda “Avro-2020”yə düşə bilər? Əlbəttə, yox. Ona görə də hər şeyin belə olması təəccüblü də deyil. Çünki hər şey əslində əvvəlki, təbii halına qayıdır – idarə edənlərlə idarə olunanlar yenidən bir dalğaya qoşulur...
Futbolla oynayanların dalğasına.
Aydın BAĞIROV
[email protected]
Poçettino PSJ-də nə qədər qazanacaq?
Macarıstan millisinin üzvü "Fənərbaxça"da
Premyer Liqada ayın ən yaxşı məşqçisi
Millimizin sabiq futbolçusu klubunu dəyişdi
Messinin Antonellasından maraqlı görüntülər - Video
Essyen UEFA-nın namizədləri sırasında
Runi karyerasını bitirdi, rəsmən baş məşqçi oldu
Bruno Fernandeş növbəti dəfə ən yaxşı seçildi
“Bavariya” Alabanın əvəzləyicisini tapdı
"Donnarumma dünyanın ən yaxşı qapıçısıdır" - İbrahimoviç
Türkiyə kubokunda 1/4 finalın püşkü atıldı
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı açıqlandı
"Milan"ın sabiq rəhbəri xəstəxanaya yerləşdirildi
“Mançester Yunayted” onun üçün mübarizəyə qoşuldu
"Sabah" daha 1 futbolçusu ilə yollarını ayırdı
Özil "Fənərbaxça"ya keçir? - Arteta danışdı
Dmitri Kramarenko Rusiyanın tanınmış klubunun hədəfində
Millimizin sabiq üzvü "Sumqayıt"da - Rəsmi
"Milan"dan yeni transfer
Nicat Qurbanov "Samtredia"dan niyə ayrılıb? – Müsahibə
Artyom Dzyuba da virusa yoluxdu
Millidə yeni baş məşqçi
"Həyatla ölüm arasındayıq" - "Səbail"in qapıçısı
"Keşlə"nin sabiq futbolçusu bu kluba keçdi
Türkiyə kubokunda 1/4 finalçılar müəyyənləşdi
"Sabah"ın qələbəsi - Video
"Real" uduzdu, "Atletik" finalda
"Arsenal"dan heç-heçə
"Neftçi"də rəqabət var" - Sabir Buqrin
"Qarabağ" - "Zirə": Şəkillər
Kim gəlir, kim gedir? - Yenilənir
"Neftçi" 4 qolla qalib gəldi - Video
Bolqarıstan millisində yeni baş məşqçi
"Neftçi" - "Keşlə" oyunundan - Şəkillər
"Real" Yoviçi icarəyə verdi - Rəsmi
"Məni yetişdirən adam köməkçim ola bilməz" - Rəşad Sadıqov
"Gerye İnstaqram krallarından biridir" - Qurban Qurbanov
"Neftçi" - "Keşlə" oyununda 7 qol
"Bu, komandanın maksimumu deyil" - Elmar Baxşıyev
"Qarabağ"la "Zirə" 3 hissə oynadı
"Sumqayıt" çempionata tam hazır deyil" - Ayxan Abbasov
"Sabah" "Səbail"i məğlub etdi
“Barselona”nın prezidentliyinə namizədlər azalır
"Sumqayıt” “Qəbələ” ilə heç-heçə etdi
Futbol meydanından savaş meydanına - Videosüjet