“Qarabağ”ın Çempionlar Liqasının qrupuna düşməsi sizi aldatmasın. Bir klubumuz özünün güclü sponsorunun, məşqçisinin yüksək bacarığı və ağlı sayəsində neçə ildir dayanmadan inkişaf edir. Amma nə qədər təzadlı səslənsə də, futbolumuz da hər gün tənəzüllə gedir.
Buyurun, bu gün “Şəmkir” klubunun növbəti mövsümdə birinci divizionda oynamayacağı, başqa sözlə, fəaliyyətini dayandırdığı rəsmi şəkildə elan edildi. Şəmkirin İcra Hakimiyyəti gülməli və uydurma bəhanə gətirib ki, imtinaya səbəb gəncləri tapmaq, gələcəkdə qurulacaq komandanın əsas özəyini formalaşdırmaqdır. Azərbaycan və Şəmkir doludu istedadlı uşaqla. Yəni onları tapmaq çətin deyil (hələ klubda son mövsümdə oynayan hazır futbolçuları demirəm). Və o uşaqları tapıb qabağa çəkmək üçün imkanlı qurumlar, ya adamlar pul verib dəstək olmalıdılar. Amma o pulu rəhmətlik Saşa kimi daha “Şəmkir”ə buraxan yoxdu, belə görünür, heç olmayacaq da. Bu, bir növ ürəkdən gələn mənəvi məsələdi, axı. Kiməsə zorla kluba pul burax deyə bilmərsən. Şəmkir bütün dövrlərdə iqtisadi tərəfdən inkişaf etmiş rayon olub. Və deməli, rayonın dövlət qurumları istəsəydi futbolu yaşatmaq (ən azı birinci divizionda) olardı, olmadı. Bir mövsüm üçün təxminən 150-200 min pul lazım idi. Yəni bir aya cəmi 15-20 min manat.
Beləcə o pulu çox gördüyümüz üçün Qərb bölgəsində bir komandanı da beləcə dəfn elədik.
Çempionlar Liqasında mərhələ keçmiş ilk Azərbaycan klubu olub “Şəmkir”!
Həmin o komandanı yaratmış, yaşatmış, o səviyyəyə qədər gətirib çıxarmış Şahbaz Süleymanova Allah rəhmət eləsin!
Yaşasaydı və əvvəlki imkanı olsaydı, bu vəziyyətə dözərdimi görəsən?
***
Qərb bölgəsinin başqa bir təmsilçisi – “Turan”ın aqibəti necə olacaq bilinmir. Digər bir bölgəmizin simvolu olmuş “Xəzər Lənkəran” göz görə-görə batıb getdi. Azərbaycanın demək olar, bütün bölgələri futbolsuz qalıb. Amma Rövnəq Abdullayevə elə gəlir ki, bizim futbolda yüksək inkişaf gedir. Bu boyda həngamədən sonra “Qarabağ” qrupa düşəndən sonra təbrikində necə yazmışdı?
“Bu nailiyyət Azərbaycan futbolunda yazılmaqda olan böyük tarixin ilk sətirləridir”.
Bilən varmı, kim yazır o tarixi? AFFA-mı? Rövnəq Abdullayevmi? Onun komandasımı? Prosineçkimi? PFL-mi? O tarixi “Qarabağ” klubu Qurban Qurbanovla birgə yazır. Və o şərəfli tarixdə AFFA-nın heç vaxt yeri və izi olmayacaq…
***
Şəmkir, Tovuz, Mingəçevir, Lənkəran… (siyahını uzadım?) futbolsuz qalıb. AFFA isə “İnter”in adını dəyişib “Keşlə” qoymaq istəyir… 
Şəkildəki Hindistanın Bombeyi yox, elə bizim Keşlə qəsəbəsidi. Sizcə, bu acınacaqlı vəziyyətdə, qapısının önündən qatar (maşın yox a!) keçən, real həyati təhlükə ilə üz-üzə qalan insanların futbol və AFFA-nın komandası nə dərəcədə vecinədi? Deyim sizə. AFFA (oxu – SOCAR) üçün o adamların taleyi nə qədər maraqlıdısa, o adamlar üçün də AFFA və “İnter” də o qədər maraqlıdı.
Harda məntiqsiz, uğursuz ideya var, bizimkilərin ağlına gələr…
***
Hə, “Şəmkir” dağıldı… "Turan”ın aqibəti necə olacaq bilinmir. Təkcə elə bu iki rayonda onminlərlə insan futbolsuz qalıb. Və o insanlar bir möcüzəyə ümid edirlər ki, bəlkə kimsə komandalarına, futbola sahib çıxar. Amma çıxmırlar, yəqin heç çıxan olmayacaq da.
Çünki baş qarışıb həm də “Səbail”ə. Bir azarkeşi belə olmayan komandaya. Ona görə ki, o komandanı AFFA və SOCAR prezidentinin oğlu yaradıb. Və o komanda yaşayacaq!
Amma bu gedişlə təkcə Şəmkirdə, Tovuzda, Lənkəranda deyil, Azərbaycanın hər bir yerində futbol beləcə, məhv olub gedəcək.
Çox qalmayıb...
Aydın BAĞIROV
aydı[email protected]
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu