"Qızıl top" siz jurnalistlər üçündür"

"Qızıl top" siz jurnalistlər üçündür"
DÜNYA FUTBOLU 25 Noyabr 2026 / 21:09 344
-  A +

“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem fərdi mükafatlardan daha çox komanda uğurlarına önəm verdiyini bildirib.

QOL.az xəbər verir ki, “BeIN SPORTS”un məlumatına görə, futbolçu sözügedən mükafatın onun üçün əhəmiyyət kəsb etmədiyini vurğulayıb:

"Düzünü desəm, “Qızıl top” məni maraqlandırmır. Mən Çempionlar Liqası və La Liqa da daxil olmaqla, mümkün qədər çox komanda titulu qazanmaq istəyirəm. “Qızıl top” siz jurnalistlər üçündür. Səs verə və müzakirələri qızışdıra bilərsiniz. Mənim üçün isə komandanın qələbə qazanması daha vacibdir".

Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə verib.

Xatırladaq ki, Bellinqem 2026-cı ildə “Qızıl top” uğrunda səsvermədə 11-ci yeri tutub. France Football nəşrinin versiyasına görə, ilin ən yaxşı futbolçusu isə “Bavariya”nın hücumçusu Harri Keyn seçilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner