Səhv qərar versə də, klubdan üzr istəməyəcək

Səhv qərar versə də, klubdan üzr istəməyəcək
DÜNYA FUTBOLU 25 Noyabr 2026 / 18:39 152
-  A +

İngiltərə hakimlər korpusunun rəhbəri Hovard Uebb Lenni Yoroya göstərilən qırmızı vərəqənin səhv qərar kimi qəbul edilməsinə baxmayaraq, “Mançester Yunayted”dən üzr istəməyəcək.

QOL.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) “Liverpul”la oyunda Aleksander İsaka qarşı qayda pozuntusuna görə Yoroya göstərilən qırmızı vərəqəni ləğv edib. Müdafiəçinin bir oyunluq cəzası da aradan qaldırılıb.

O, “Sky Sports”a açıqlamasında VAR-ın epizodu yoxladığını və qərarın qüvvədə saxlanılmasının səbəbini izah edib:

“Bu epizodda İsakın topa qapıçı Lammensdən əvvəl çatıb-çatmayacağı ilə bağlı fərqli fikirlər var. Hakim həmin anda onun topa daha tez çatacağını düşündü. VAR isə qərarın açıq-aşkar səhv olmadığı qənaətinə gəldi. Mübahisəli məqamlar olsa da, bunu açıq-aşkar səhv qərar hesab etmək olmaz”.

Qeyd edək ki, Uebb daha əvvəl Erlinq Halandın vurduğu qolun səhvən qeydə alınmaması ilə bağlı “Mançester Siti”dən üzr istəmişdi.


Qarabağ FK
Son xəbərlər
topaz banner