Elçin Məsiyev dünya çempionatına təyinat aldı

Elçin Məsiyev dünya çempionatına təyinat aldı
DÜNYA FUTBOLU 25 Noyabr 2026 / 18:00 178
-  A +

Azərbaycanın FİFA referisi Elçin Məsiyev FİFA U-17 Dünya Çempionatının qrup mərhələsinin 3-cü turunda keçiriləcək Vyetnam - Mali oyununun baş hakimi olacaq.

QOL.az AFFA-ya istinadən xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Qətərdən olan Abdulhadi Alruyali, ehtiyat köməkçi hakim funksiyasını isə həmyerlisi Zahi Snaid Əlşammari yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 26-da Qətərin Doha şəhərindəki "Aspire Zone" kompleksində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner