“Yamalın yoxluğu hiss olunacaq, amma...”

“Yamalın yoxluğu hiss olunacaq, amma...”
ÇEMPİONLAR LİQASI 24 Noyabr 2026 / 20:00 140
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq Çempionlar Liqasının 5-ci turunda “Sabah”la Bakıda keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, niderlandlı futbolçu mətbuat konfransında qarşılaşmaya hazırlıqdan, özünün hazırkı vəziyyətindən və Lamin Yamalın yoxluğundan danışıb.

- Sabahkı oyundan gözləntiləriniz necədir?

- Oyuna yaxşı başlamaq çox vacibdir. Rəqib müdafiədən oynayacaq. Yaxşı futbol nümayiş etdirmək və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Müəyyən yorğunluq var, amma həftədə 2-3 oyun keçirməyə öyrəşmişik.

- Rodrinin komandaya qoşulmasından sonra daha az oynayırsınız, bəzən də fərqli mövqedə çıxış edirsiniz. Bu barədə nə deyə bilərsiniz?

- Zədədən sonra komandaya qayıtmışam və özümü yaxşı hiss edirəm. Gücümə inanıram. Belə oyunlar bizim üçün yaxşı hazırlıq ola bilər. Yenidən əsas heyətə qayıtmağa çalışacağam.

- Sabah Lamin Yamal meydana çıxmayacaq. Onun yoxluğu komandaya nə dərəcədə təsir edəcək?

- Onun yoxluğu hiss olunacaq. Yamal istedadlı futbolçudur və təkbaşına qol vəziyyətləri yarada bilir. Sabah elə oyun olacaq ki, digər futbolçular bu işi onun kimi görə bilməyə bilərlər. Buna görə də yoxluğu təsirini göstərəcək. Amma geniş heyətimiz var və sabah onu əvəz edərək qələbə qazanmağa çalışacağıq.

Daha çox


Qarabağ FK
Son xəbərlər
23.11.26  14:54

La Liqaya haker hücumu

topaz banner