Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas

Zaur Həşimovla bağlı qərar verildi - "Şəfa"da iclas
ÖLKƏ FUTBOLU 25 Noyabr 2026 / 14:02 244
-  A +

 Noyabrın 24-də “Şəfa” klubunda iclas keçirilib.

Bu barədə QOL.az-a klubun mətbuat xidmətinin rəhbəri Heybət Məmmədov məlumat verib.

Onun sözlərinə görə, klub rəhbərliyi və baş məşqçi Zaur Həşimovun iştirak etdiyi iclasda komandanın bu mövsümdə göstərdiyi oyun və qeydə alınan qeyri-sabit nəticələr müzakirə olunub.

Klub rəhbərliyi hazırkı duruma baxmayaraq, Zaur Həşimova dəstək olub. Baş məşqçi ilə əmkdaşlığın davam etdirilməsinə qərar verilib.

Qeyd edək ki, "Şəfa” Misli Premyer Liqasında 12 turdan sonra 5 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner