"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində ilk oyuna çıxır

"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində ilk oyuna çıxır
VOLEYBOL 25 Noyabr 2026 / 10:05 112
-  A +

Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının qrup mərhələsində bu gün ilk oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Tovuz təmsilçisi İtaliyada "Savino Del Bene" klubunun qonağı olacaq.

Florensiya şəhərində təşkil olunacaq D qrupunun qarşılaşması Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Xatırladaq ki, D qrupunda Türkiyənin "Eczaçıbaşı" və Serbiyanın "Tent" komandaları ilə da mübarizə aparır.


Qarabağ FK
Son xəbərlər
topaz banner