Yunis Hüseynovun cəzası bilindi

Yunis Hüseynovun cəzası bilindi
ÖLKƏ FUTBOLU 25 Noyabr 2026 / 15:54 517
-  A +

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 13-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Şamaxı”– “Turan Tovuz” oyununun ilk hissəsi bitdikdən sonra “Şamaxı”nın məşqçisi Araz Bağırov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmyacaq. "Şamaxı” isə 8000 manat cərimələnib

Həmin matçın ilk hissəsi bitdikdən sonra “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmyacaq. “Turan Tovuz” isə 8000 manat cərimə edilib.

Eyni görüşün 75-ci dəqiqəsində “Turan Tovuz”un 7 nömrəli futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 3 oyun oyunluq cəzalandırılıb. “Turan Tovuz” isə 3000 manat cərimələnib. Sınaq müddəti 6 ay təyin edilib.

“Sumqayıt”– “Sabah” oyununun 33-cü dəqiqəsində “Sumqayıt”ın 55 nömrəli futbolçusu Lukas Blek ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmayacaq. Onun klubu isə 500 manat cərimə edilib.


Qarabağ FK
Son xəbərlər
topaz banner