“Barselona”nın baş məşqçisi Hans Diter Flik Çempionlar Liqasının 5-ci turunda “Sabah”la Bakıda keçiriləcək oyun öncəsi mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, almaniyalı mütəxəssis qarşılaşma ilə bağlı gözləntilərini bölüşüb.
- Sabah sizi necə rəqib gözləyir və oyunda nələrə diqqət yetirəcəksiniz?
- Onlar futbol oynamağı sevirlər. Mənim üçün əsas məsələ matça düzgün yanaşmaqdır. Hər komandaya hörmətlə yanaşırıq.
- Lamin Yamalı niyə İspaniyada saxlamaq qərarına gəldiniz?
- Əvvəllər də onsuz oynamışıq və necə hərəkət etməli olduğumuzu bilirik. O, bizim üçün vacib futbolçudur. Dünən onun vəziyyətini yoxladıq və onsuz səfərə çıxmağa qərar verdik.
- Sabah onun mövqeyində kim oynayacaq?
- Hələ qərar verməmişəm. Sabah heyətdə rotasiyaya əl ata bilərik. Dörd həftə ərzində 9 oyun keçirmişik və ilin sonunadək bizi sıx qrafik gözləyir. Buna görə də bəzi digər futbolçulara da oynamaq imkanı verəcəyik.
- “Sabah”ın baş məşqçisi futbolçularını “Barselona” ilə oyuna motivasiya etməyə ehtiyac olmadığını deyib. Bəs sizin komandanı sabahkı matça kökləməyiniz çətin olmayacaq?
- Oyunun əhəmiyyətini başa düşürük. Üç xal qazanmalıyıq. Rəqibimiz Çempionlar Liqasında ilk dəfə çıxış edir. Onlar baxımlı futbol oynamağı bacarırlar. Bütün futbolçularımız yaxşı motivasiya olunublar.
- Hər iki komanda oxşar oyun üslubuna üstünlük verir. Sizcə, sabah meydanda hansı futbolun şahidi olacağıq?
- Rəqibi təhlil edərkən bu məsələni məşqçilər heyəti ilə müzakirə etdik. “Sabah”ı La Liqa komandaları ilə müqayisə edərdim. Onların səviyyəsini yüksək qiymətləndirirəm. La Liqa klublarının yaxşı oyun fəlsəfəsi var və hamısı necə futbol oynamaq lazım olduğunu bilir. “Sabah” da bunu yaxşı bacarır. Rəqibə qarşı düzgün hazırlaşacağıq.
“Arsenal” onunla yeni müqavilə imzalamağa hazırlaşır
Zədəli Çalhanoğludan xəbər var
Azarkeşlərin şəxsi məlumatları oğurlandı
"Barselona" Bakıya gəldi - Video
FİFA iki mundialın ev sahiblərini müəyyənləşdirdi
Yüksək Liqada mövsümə start verildi
"Barselona" oyunçuları hakimə təzyiq göstərir"
“Mançester Yunayted”dən qırmızı vərəqə ilə bağlı etiraz
UEFA “Sabah”ın futbolçusuna cəza verdi
"Şəmkir" və "Marafon"dan qələbə
"Real"dan Endriklə bağlı açıqlama
Azərbaycan millisinə çağırılan futbolçular
"Barselona" Bakıya bu futbolçularla gəlir
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
La Liqaya haker hücumu
“Barselona” tarixinin ən uzun səfəri - Bakı
"Çalışırıq, amma alınmır" - Mamadu Kane
Azərbaycan klubu onunla yolları ayırdı