Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi

Burnu qırılan "Qalatasaray" futbolçusu əməliyyat edildi
DÜNYA FUTBOLU 25 Noyabr 2026 / 15:30 149
-  A +

"Qalatasaray"ın hücumçusu Dəniz Gül əməliyyat olunub.

QOL.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun "Aston Villa" ilə matçında (1:0) zədələnən 22 yaşlı forvardın burnunda qırıq aşkarlanıb. O, bu gün uğurlu əməliyyat edilib..

Xatırladaq ki, "Qalatasaray"a "Aston Villa" üzərində qələbə (1:0) qazandıran qolun müəllifi Deniz Gül olub. Qol epizodu zamanı “Aston Villa”nın futbolçusu Nikolas Ceksonun təpiyi Gülün burnuna dəyib.


Qarabağ FK
Son xəbərlər
topaz banner