"Sabah" "Barselona"ya məğlub oldu

"Sabah" "Barselona"ya məğlub oldu
ÇEMPİONLAR LİQASI 25 Noyabr 2026 / 23:34 4093
-  A +

UEFA Çempionlar Liqasının Liqa mərhələsində 5-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, bu gün  Azərbaycan təmsilçisi “Sabah” da meydana çıxıb.

Valdas Dambrauskasın komandası dünya nəhənglərindən olan, turnirin beşqat qalibi “Barselona”nı qəbul edib.

Bakı Olimpiya stadionunda keçirilən görüş Kataloniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" hazırda 12 xalla 4-cü, "Sabah" isə 3 xalla 32-ci pillədə qərarlaşıb.

25 noyabr

Çempionlar Liqası
5-ci tur, Liqa mərhələsi

21:45 “Sabah” (Azərbaycan) – “Barselona” (İspaniya) - 1:4

Qollar: Qordon, 31 (0:1), Qordon, 51 (0:2), Adeyemi, 55 (0:3), Xesus, 60 (0:4), Coy Lens Mikels, 63 (1:4)
Hakimlər: Nikolas Uolş (Şotlandiya)
Bakı Olimpiya Stadionu

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner