“Nyukasl” səhmlərini satışa çıxarıla bilər

“Nyukasl” səhmlərini satışa çıxarıla bilər
DÜNYA FUTBOLU 25 Noyabr 2026 / 19:42 81
-  A +

“Nyukasl”ın əsas sahibi Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF) klubun səhmlərinin 25 faizə qədərini satmağı nəzərdən keçirir.

QOL.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb. 

Bildirilir ki, PIF potensial investorların tapılması üçün “JP Morgan” bankını cəlb edib. Yeni səhm emissiyasından əldə olunacaq vəsait birbaşa kluba yönəldilərək stadionun və məşq bazasının tikintisinə sərf ediləcək.

Klubun dəyəri təxminən 5 milyard funt sterlinq (5,95 milyard avro) qiymətləndirilir. Bununla yanaşı, PIF-in “Nyukasl”dakı əsas payını qoruyacağı bildirilir.

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanı fonduna klubun səhmlərinin 85 faizi, RB Sports & Media holdinqinə isə 15 faizi məxsusdur.


Qarabağ FK
Son xəbərlər
topaz banner