Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik - Video

Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik  - Video
ÖLKƏ FUTBOLU 25 Noyabr 2026 / 09:22 129
-  A +

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçirilən “Qalatasaray” – “Aston Villa” qarşılaşmasında diqqətçəkən epizod yaşanıb.

QOL.az xəbər verir ki, İstanbul təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatan matçda qol müəllifi Deniz Gül olub.

Qol epizodu zamanı “Aston Villa”nın futbolçusu Nikolas Ceksonun təpiyi Gülün burnuna dəyib.

Deniz Gül qolu qeyd edəndən sonra üzündən aldığı zərbəyə görə yerdə qalıb. Burnu qanayan futbolçuya meydanda tibbi yardım göstərilib. Onun burnuna sarğı qoyulub. Futbolçu oyunu davam etdirərək qarşılaşmanı sonadək meydanda keçirib.

Nikolas Cekson isə bu epizoda görə heç bir vərəqə ilə cəzalandırılmayıb.

Matçın videoicmalını təqdim edirik.


Qarabağ FK
Son xəbərlər
topaz banner