Qapıda duran, bir növ həm də gözətçi olan orta yaşlı eynəkli kök qadının həyəcanlı səsi gəlir:
- Prişel! Şef prişel!
Onun gəldiyini eşidən kimi də bir adam ortalıqda qalmır. Hamısı bir göz qırpımında otağına getmir, qaçır. Xaqani Məmmədov da qaçır, Melik Həsənov da və orda olan kim vardısa, hamısı... Kimsə məni də çağırır:
- Durma burda, hirslənəcək, gəl, gir otağa...
Ətrafı vahimə bürüyür. “5 mərtəbə”nin, Füzuli meydanının yaxınlığındayam, “Hüsü Hacıyev, 42”də. AFFA-nın binasında. İndi bu ünvanda gərək ki, böyük bir mağaza yerləşir. İçəri girəndə diqqətimi sərt baxışları çəkir. Elə zəhmlidi ki... Kobud şəkildə soruşur:
- Kimsən sən?
- Jurnalistəm.
Yenə də eyni kobudluqla “Hə, yaxşı...” deyib sürətlə otağına gedir.
Qəbul otağına yaxınlaşıb köməkçisinə müsahibə götürmək istədiyimi deyirəm.
- Bu gün yox! Fuad Ənvəroviç zanitdi...
***
- Yığılıb bir dəstə küçə adamı, mənim istefamı tələb edir. A kişi, razve bunlardan futbol idarə edən olar? Gedib rəhbəri olduqları klubları düzəltsinlər də!
AFFA-da mətbuat konfransında deyir bunu. Portuqaliya Futbol Federasiyasının prezidenti də yanındadı. Azərbaycanla Portuqaliya millisi oynayacaq. Bu axşam hamı Bakıda Luiş Fiqu, Rui Koşta kimi ulduzların oyununa baxacağını düşünür. Amma oyun yarımçıq dayanır. Bir rəzalət yaşanır. O boyda beynəlxalq matçda stadionun projektorları təxribat nəticəsində söndürülür (ertəsi gün oyun bərpa olunur, 90+4-də Fiqu qol vurub Portuqaliyanı məğlubiyyətdən qurtarır).
***
- Fuad müəllim, vaxtınız varsa sizinlə müsahibə eləmək istəyirəm.
Bu dəfə daha kobud danışmır. Mehribandı. “Hə, əlbəttə, 5 dəqiqə sonra gəl otağımda danışaq...”
***
- Neçə yaşın var?
- 19.
- Haralısan?
- Qarabağlıyam.
- Niyə torpaqlarınızı tələb eləmirsiniz? Geri almırsınız?
- Gərək müharibə olsun ki, torpağı da geri alaq.
- Xətrinə dəyməsin e. Mən özüm də qarabağlıyam, əslimiz şuşalıdı. Amma hamımız yatmışıq.
Portuqaliya Futbol Federasiyasının prezidenti otağa girir, söhbətimiz yarımçıq qalır. Onunla ehtiramla görüşür. Məni göstərib deyir: “Bu cavan oğlan jurnalistdi. Tanış olun”.
Qonağını yola salır. Müsahibəyə başlayırıq... Ertəsi qəzetdə çap olunur. Aləm dəyir bir-birinə.
***
- Fuad müəllim, Tərlanın mükafatı hazırdı. Problem olmayacaq?
- A kişi yox e, nə problem ola bilər ki...
Respublika stadionundayam. 2000-ci ildi. Milli İsveçlə “DÇ-2002”nin seçmə oyununa çıxacaq. Matçdan əvvəl qəzetin adından Tərlan Əhmədova ilin ən yaxşı oyunçusu mükafatını təqdim etməliyik. Stadionun əməkdaşı durumu öyrənən kimi hay-şüvən salır.
- Nə danışırsan, nə mükafat? Dünya çempionatının oyunudu e...
- AFFA prezidentinin xəbəri var.
- Mümkün deyil.
İşə düşdük də. Kömək etməsi üçün direktor Akif İsmayılovu axtarıram, tapa bilmirəm. Bu vaxt Fuad Musayevi elə bil Allah yetirir. Yaxınlaşıb narahatlığımı bildirirəm. Stadionun əməkdaşını yanına çağırır:
- Niyə problem yaradırsan?
- FİFA-nın komissarı icazə verməyəcək.
- Problem yoxdu, qoy camaat mükafatın versin.
- Fuad müəllim, axı...
- Ay eşşək, sənə dedim, problem yoxdu də!
...Oyundan əvvəl ilin futbolçusu mükafatı Tərlan Əhmədova təqdim edilir.
***
Telefona zəng gəlir.
- Salam, Aydın. Danışan Fuaddı, Musayev... Atamın 100 illiyi ilə bağlı bir yazı var. Onu xahiş edərdim, qəzetdə çap etdirəsən.
- Əlbəttə, Fuad müəllim.
***
- Sənə təşəkkür edirəm. Yazını dərc etdirdiyin üçün. Bu yazı mənə çox dəyərlidi.
- Dəyməz. Futbolumuza baxırsınızmı?
- Hə. Baxıram. Məni bəyənmirdilər. Gör indi futbolu nə günə qoyublar. Bizim vaxtımızda pul yox idi, amma futbolçu kişi kimi oynayırdı. Zaur Tağızadəni yetişdirdik, Rəşad Sadıqovu yetişdirdik, Aliyev Samir. Gör nə oyunçular vardı. İndikilər futbolun içinə “s...lar”.
- Necədi səhhətiniz?
- Belə də, yaşlanırıq. Elə bir şey qalmayıb. Ölüb gedəcəyik.
- Elə deməyin...
***
Və dünən o kişi öldü. Futbolda nələr etdi, nələr edə bilərdi, amma etmədi, ya da gücü çatmadı, bunlar həmişə müzakirə olunacaq. Amma dəyişməyən, müzakirə olunmayacaq bir həqiqət var. O, daha aramızda yoxdu, bu dünyadan gedib.
Əsl şəxsiyyət, mərd bir kişi kimi!
Allah Fuad Musayevə rəhmət eləsin!
Aydın BAĞIROV
[email protected]
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?
"İnter" qələbəni son anda əldən verdi
"Tottenhem"də ciddi itkilər var
Futbolçular meydandan təxliyə olundu
"Onlar öz güclü tərəflərini bizə göstəriblər"
"Sabah"ın böyükhesablı qələbəsindən - Video
“Araz-Naxçıvan” da ev oyunlarını Sumqayıtda keçirəcək
"Bizi dəstəkləmələri çox vacibdir" - "Sabah"ın futbolçusu
"Zirə" - "Qarabağ": Heyətlər
"Səhvlərimizdən maksimum yararlandılar" - Jorj Kaşkilya
Ronaldonun oğlu baş məşqçiyə əsəbləşdi - Video
Ülviyyə Fətəliyeva beynəlxalq turnirin qalibi oldu
Neymar: "Aman Tanrım, özüm olmaq necə də çətindir"
Azərbaycanda federasiyalar birləşdirildi
"FİFA DÇ-2026-ya ev sahibliyini ABŞ-dan almalıdır"
"İmişli" - "Sabah": Heyətlər
Azərbaycanın millisi Çempionlar Kubokunun yarımfinalında
Arbeloa: "Tənqidlər məni narahat etmir"
"Liverpul" "Real"ın iki futbolçusunu transfer edə bilər
"Atletiko"da itki
"Sona qədər avrokuboklar uğrunda mübarizə aparacağıq"
Ayxan Abbasov klub rəhbərlərini belə tənqid etdi - Video
“İndiki boksçuları heç kim tanımır” - Mayk Tayson
Messi, yoxsa Ronaldo? - Hazard seçdi
“Qarabağ”dan ayrılan Krisdən açıqlama
Nəriman yeni klubunun stadionunu ziyarət etdi - Video
Renat oynadı, komandası qalib gəldi
“Fənərbaxça”nın mövsümdəki ilk məğlubiyyəti - Video
Ruzanna Məmmədova Avropa ikincisi oldu
“Qələbə qazana bilməməyimizin səbəbini bilmirəm” - Saşa İliç
"Şamaxı" "Sumqayıt"a belə qalib gəldi - Video
“Bir çox klub rəhbəri artıq getməlidir” - Ayxan Abbasov
"Fənərbaxça"dan şok məğlubiyyət
"Neftçi" - "Qarabağ" matçının vaxtı açıqlandı
"Araz-Naxçıvan"ın qələbəsi - Video
"Getdikdə daha yaxşı oynayırıq" - Andrey Demçenko