Bir dəfə özünü futbol filosofu sayan bir azərbaycanlı məşqçi Rəşad Sadıqovun “Eskişehirspor” klubundan ayrılmasını şərh edərkən belə bir absurd fikir işlətmişdi: “Rəşad Bakıda Türkiyə millisinin qapısına qol vurduğu üçün ona orada oynamağa imkan vermədilər”.
Zaman sübut etdi ki, demə, Azərbaycanda bu cür xəstə təfəkkürlü futbol adamları bizim millimizin qapısına vurulan qolların sayından daha çoxmuş. Ən pisi də odur ki, xüsusilə nisbətən yaşlı nəsli nümayəndələri müasir dövrlə ayaqlaşmaq istəmirlər, futbolla bağlı yenilikləri həzm etməkdən qaçırlar. Nə öz sahələrinə aid kitab oxuyur, nə də xarici telekanallardakı təhlil verilişlərini izləyirlər. Amma çayxalarda nərd, domino oynaya-oynaya başqa ölkələrin, əsasən də türkiyəli şərhçilərin işinə rişxənd edirlər. “O Ridvan Dilmən nə danuşur kin...” deyərək müasir şərhçiliyin əjdahasının işinə başlarını soxub qüsur tapmağa çalışırlar. Amma bilmirlər ki, bir tək Ridvan Dilmən, yaxud “NTV Spor”un başqa futbol şərhçiləri Ercan Taner, Mehmet Demirkol bizim futbol adamlarının əksəriyyətinə master-klass keçər. Mən hələ rusların futbol şərhçilərini bu siyahıya əlavə etmirəm.
İşin ən qəribə tərəfi odur ki, bu adamlar türkərin, rusların qeybətini bitirikdən sonra bizim telekanallarda efirə çıxır və orada dilləri topuq vurmağa başlayır. Təbii, sözlərim futbol adamlarımızın hamısına aid deyil, amma çoxusuna aiddir, ona görə ad çəksəm, siyahı uzun alınacaq.
Ümumi mənzərə çox pisdir. Hazırda Braziliyada davam edən dünya çempionatı bunu bir daha təsdiqlədi. Təvazökarlıqdan uzaq olsa da, mundialla bağlı şərhləri izləmək mənim üçün az qala xobbiyə çevrilib. Türkiyə və Rusiya telekanallarında təhlil verilişlərini müntəzəm, Azərbaycanın ATV və “İdman Azərbaycan” kanallarında yayımlanan verilişlərə isə ara-sıra baxıram. Ona görə “ara-sıra” deyirəm ki, bizim savadsız futbol adamlarına görə, çox təəssüf ki, həmin verilişlərdən mümkün qədər uzaq durmaq məcburiyyətində qalırsan. Yeri gəlmişkən, buna görə telekanallara irad tutmaq haqsızlıq olardı. Çünki bizim futbolda başıboş adamlar kifayət qədərdir, ona görə də veriliş rəhbərinin alternativ qonaq çağırmaq variantı azdı, çox az.
Yaxşı ki, hələ idman jurnalistləri var. Erkin İbrahimov, Emin Abbasov, “Topaz”ın layihəsində aparıcılardan olan Rüstəm Əfsərli, “İdman Azərbaycan” telekanalının şərhçisi Siyavuş Əliyev (düzü, bu kanalın başqa əməkdaşlarının sırf qonaq kimi iştirak etdiyi verilişlərə baxmamışam, ona görə onlar bərədə fikir bildirməkdə çətinlik çəkirəm) futbolu bizim özünü futbol mütəxəssisi adlandıran savadsız təbəqədən daha yaxşı bilir, fikirlərini daha sərbəsf ifadə edir. Və bu, səbəbsiz deyil: adlarını çəkdiyim və çəkmədiyim peşəkar jurnalistlər həm öz işləri, həm də sırf maraq xatirinə dünya futbolundakı prosesləri daha yaxından izləyirlər, yeri gələndə, futbolla yatıb, futbolla dururlar. Yəqin ki, əcnəbi futbol təhlilçilərindən də nəsə öyrənirlər, daha özündən müştəbeh “mütəxəssis”lər kimi futbola məktəbli uşaq səviyyəsində münasibət bildirmirlər.
Verilişləri siz də diqqətlə izləyin, əmin olacaqsınız. Aparıcı sual verir ki, məsələn, Almaniyanın, Hollandiyanın uğurlarının və ya kiminsə uğursuzluğunun səbəbi nədir. Futbol adamı cavab verir ki, o komanda güclü olduğu üçün qələbə qazandı və ya zəif olduğu üçün uduzdu. Bir-iki də buna bənzər ütülü cümlədən istifadə edir və... stop! Başqa deməyə söz tapmır, tapa bilmir. Səbəbsiz deyil, belərinin futbolla bağlı dünya görüşü sıfırdır, yaradıcılığı isə sıfırın altında.
Axı, hansısa komandanın nə cür oynadığını hətta sıravi, naşı tamaşaçı da bilir. Sənin adın mütəxəssisdirsə, oyunu təhlil etməli, qələbənin, məğlubiyyətin izahını verməlisən! Amma...
Danışa bilmədikləri bir ayıb, izah edə bilmədikləri ikinci ayıb.
Ən pisi də odur ki, bəziləri hətta özlərinə əziyyət verib dünya çempionatının ən vacib oyunlarına da baxmaq istəmir. ATV-də Sənan Şəfizadənin aparıcısı olduğu verilişdə “futbol mütəxəssisinə” sual vermişdilər ki, “bu mühüm qarşılaşma haqda nə deyə bilərsiniz?” Cavab vermişdi ki, mən oyuna baxmamışam...
Təəssüf ki, belə faktlar bizdə az olmayıb. Hətta FİFA referilərindən biri də “Avro-2012” zamanı bir yox, bir neçə vacib oyuna baxmadığını demişdi. Özü də heç bir üzürlü səbəb olmadan.
Və təbii ki, bütün bunlardan sonra sual yaranır: belələri futbolla bağlı verilişə hansı üzlə gedir və hansı üzlə futboldan danışırlar?
Aydın BAĞIROV
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi
"Şamaxı" "Sportinq"in sabiq futbolçusunu transfer etdi
Eddi Hau: "İnsanları çaşdıra biləcəyimizi göstərdik"
"Tramp İranın DÇ-2026-da iştirak edə biləcəyini təsdiqlədi"
ÇL-in oyunları bu kanallarda
Slot "Qalatasaray"a məğlubiyyətdən danışdı
Mikels dublla "yubiley"ə qovuşdu
"Bavariya" "Atalanta"nı belə atəşə tutdu - Video
1-ci liqa: Lider autsayderin qonağı olacaq
“Azərbaycan liqasına qayıtmaq istəmirəm” – Cəlal Hüseynov
"Tottenhem" tarixində belə uğursuz olmamışdı
Yeni klubu Nərimanı belə təqdim etdi - Video
“Liverpul"un İstanbul məğlubiyyəti - Video
Okan Buruk: "Təsadüf olmadığını göstərdik"