Əvvəlcə ondan başlayım ki, Braziliyada keçirilən dünya çempionatının bu qızğın vaxtında uğursuz Azərbaycan futbolu və futbolçusundan yazmaq çox gülməlidir. Amma bir az təəccüblü görünsə də, Kosta-Rika millisinin oyunçuları bizə başqa seçim imkanı buraxmadı. Mətləbi çox uzatmadan bir-iki mühüm faktın üzərinə gələcəyəm, qoy bilməyənlər heyrətlənsin, Azərbaycanın sözün hər mənasında bir çox havalı futbolçusu isə əgər utanacaqsa, başlarını lap yerin dibinə soxsun.
Deməli, sürprizlər dolu bu dünya çempionatının başqa bir özəlliyi də budur ki, adı FİFA-ya sifariş edilən 32 milli komandanın 736 futbolçusundan bir çoxu bizimkilər üçün əsl örnək oldu. Kimisi futbol dərsi keçdi, kimisi əsl mübarizlik nümayiş etdirdi, kimisi də ölkəsi və komandası üçün hansı fədakarlıqları etdiyini göstərdi. Dediyimiz bu keyfiyyətlərin hər birini həmin Kosta-Rika millisinin timsalında görə bildik. Amma işin ən maraqlı tərəfi heç bunda da deyil. Ondadır ki, Kosta-Rika millisinin oyunçularının mütləq əksəriyyəti azərbaycanlı futbolçulardan daha az qazanır.
Buna baxmayaraq, həmin Kosta-Rika mundiala vəsiqə qazanması azmış kimi İtaliya, Uruqvay və İngiltərə kimi dünya çempionu olmuş komandaların yer aldığı qrupun birincisi kimi pley-offa çıxdı, 1/8 final mərhələsini də adladı, 1/4 finalda isə yalnız penaltilər seriyasında Hollandiyaya uduzmaqla mübarizəni dayandırdı. Kosta-Rika nəhəng bir yarışda bu qədər uzun məsafə qət edib dünyanın səkkiz ən güclü komandasından biri oldu. Yəni bildiyiniz ucuz, amma keyfiyyətli futbolçularla.
Bəs, bizim bahalı, amma keyfiyyəti nəinki Avropa, heç Azərbaycanın ən ucqar kəndinin futbol standartlarına cavab verməyən xarab oyunçularından danışmağa ehtiyac varmı? Onsuz da Azərbaycan millisi AFFA-nın yerləşdiyi Nobel prospektindəki neftayırma zavodundan o tərəfə gedə bilməyib. O da ona görə ki, fikri-zikri həmişə neftdən gələn pulda qalıb. Bir tək Rəşad Sadıqovu və xarakterində nə qədər problem olsa da, Kamran Ağayevi çıxmaqla Azərbaycan millisinin heç bir üzvü aldığı pulun on faizinə layiq oyun göstərməyib.
Amma rəqəmlərə fikir verin: bizim millinin əsas heyət üzvlərinin müqaviləsinin qiyməti orta hesabla 350-400 min dollardır. Bir ildə millidəki və klubdakı çıxışlarına görə aldıqları mükafatı da bura əlavə edəndə, rəqəm 500 minə çatır, bəlkə hələ artıq da edir. Kosta-Rika millisinin bu mundiala aparılan 23 oyunçusunun mütləq əksəriyyətinin bir illik transfer dəyəri isə (Keylor Navas və Brayan Ruiz kimi oyunçular xaric) bu dünya çempionatına qədər 250-400 min təşkil edirdi.
Təbii ki, mundialdan sonra onların qiymətinin artacağı şübhə doğurmur.
Təkcə elə bu fakt kifayət edir ki, Azərbaycan futbolçusu artıq maşın, pul psixologiyasını bir kənara atıb öz peşəsi ilə yatıb-dursun. Çünki Kosta-Rika futbolçusunun bu dünya çempionatındakı parlaq uğuru bir məşhur fikri yenə təsdiq edir: pul futbol oynamır!
Bizim futbolçuların isə yaxşı futbol oynamasını əngəlləyən həm də puldur, daha doğrusu, meydanda qələbəyə yox, pula görə mübarizə aparmaq düşüncəsi. Azərbaycan futbolçusu o zaman uğura yaxın olacaq ki, onun pulu azaldılacaq.
Pulun azalanda artıq futbol barədə düşünürsən. Futbolla yatıb, futbolla durursan, yuxuna da futbol girir. Və birdə gözünü açıb görürsən ki, sənin yuxun artıq çin olub.
Kosta-rikalı futbolçunun yuxusu kimi...
Aydın BAĞIROV
İslamiadada Azərbaycanı onlar təmsil edəcək
“Liverpul”un müdafiəçisi sıradan çıxdı
Lennart Karl Musialanı geridə qoydu
Lionel Messi “İnter Mayami”də qalacaq - Rəsmi
Merih Demiral “Fənərbaxça”ya qayıda bilər
NBA çempionu həbs edildi
Çempionlar Liqasında həftənin ən yaxşısı o seçildi
Arda Güler: “Bellinqemlə birgə oynamaq böyük zövqdür”
Güləşçimiz bürünc medal görüşünə vəsiqə qazandı
“Barselona”da “El-Klasiko” öncəsi iki itki
Keyn Droqbanı geridə qoydu
1-ci liqa: Liderlərin oyununda 4 qol
Hamşikin oğlu "Kopenhagen"də
Azərbaycandan ayrılıb Gürcüstan klubuna keçdi
Daha 3 boksçumuz yarımfinalda - Avropa çempionatı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Qurban Qurbanov əsəbiləşdi - Video
"Qarabağ"la oyunda əziyyət çəkdik" - Robert Navarro
Hakim Ziyeşin yeni klubu bilindi
Türkiyə klublarının oyunlarını yayımlayacaq kanallar
"Real" - "Yuventus" matçından - Video
“Araz-Naxçıvan”ın ÇL-dəki ilk 2 oyununun hakimləri
Arda Güler "Yuventus"la oyunun ən yaxşısı seçildi
“Qalatasaray” “Budo-Qlimt”i belə məğlub etdi - Video
Leandro Andradenin "San Mames"də vurduğu qol - Video
Güləşçimiz dünya çempionu oldu, milli rekorda imza atdı
"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
"Real" "Yuventus"a, "Qalatasaray" "Budo-Qlimt"ə qalib gəldi
"Qarabağ”ın Liqa mərhələsində ilk məğlubiyyəti
İlkay Gündoğandan böyük jest
Flikə verilən cəza qüvvədə qaldı - “El-Klasiko”da olmayacaq
Afrikada ilin futbolçusu adına namizədlər açıqlandı
Tahir Gözel oyundan əvvəl komandasına dəstək oldu
“Qarabağ”ın “Atletik”lə oyun üçün - Heyəti
Antuan Semenyo İngiltərə nəhənginin transfer hədəfində
Mark Quehi “Real”a keçə bilər
Elliot Andersona Premyer Liqanın 3 nəhəngi “elçi düşüb”
Levandovski “Mançester Yunayted”lə razılığa gəlib?
Yamal daha bir ilkə imza atdı
Birinci liqada 6-cı tura start verildi