Ronaldinyo sıradan bir futbolçu deyil. Sıradan futbolçular, məsələn, bizdə olur - milli komandamızdan tutmuş, klublarımıza qədər.
Ronaldinyo heç yaxşı futbolçu da deyil.
Yaxşı futbolçu, deyək ki, Madrid “Real”ında yetərincədir: Kasilyas, Pepe, Alonso... Amma orda bir böyük futbolçu da var: Ronaldo. Düzdü, çox vaxt Messinin kölgəsində qalır. Bu da təbiidir: axı, böyük oyunçuyla dahi oyunçu arasında bir fərq olmalıdır, ya yox?
Nə isə, son illərin “Ronaldo, yoxsa Messi” dartışmasını qoyaq bir kənara, qayıdaq Ronaldinyoya.
Dediyim kimi, Ronaldinyo yaxşı futbolçu da deyil. Ronaldinyo da Ronaldo kimi böyük futbolçudur, əvvəliki formasından nə qədər uzaqda olsa belə, müasir futbolun canlı əfsanələrindən, sayılıb-seçilən azsaylı simalarındandır.
Və təbii ki, belə insanların həm işgüzar, həm də şəxsi həyatı daim medianın, azarkeşlərin diqqət mərkəzində olub və olacaq da. Bu mənada, Ronaldinyo ilə bağlı yayılan ən son xəbər şok effekti yaratdı.
“Ronaldinyo ölüb!”
“Ronaldinyo yol qəzasında həlak oldu!”
Çox üzücü xəbərdir. Hələ internet portallarında, günbəgün artan xəbər saytlarında bu başlıqlı yazıların qarşısındakı “Fotolar” sözünü oxuyanda xəbərin içinə girib şəkillərə baxmağa adamın ürəyi də gəlmir. Qəzada “ölən” Ronaldinyonu qanlı, parçalanmış halda görmək... Dəhşətlidir. Birtəhər özümü ələ alıram, girib xəbəri oxuyuram. Tüklərim biz-biz olur. Belə olmamalıydı, Ronaldinyo gənc yaşında və belə ucuz ölümlə aramızdan getməməliydi. Özümü toparlayıb birtəhər həmin şəkillərə baxıram. Və... Nə görsəm yaxşıdır? Ronaldinyo sevgilisiylə qol-boyun dənizdə gəzir, dodaq-dodağa öpüşür, rəqs eləyir, çalıb-oynayır... Bu yerdə, mən də sizin kimi özlüyümdə sual verirəm: bəs, cəsəd hanı?
Yoxdur!
Təsadüfən təzə yaranan bir başqa xəbər saytına daxil oluram. Yenə də qarşıma Ronaldinyonun sevgilisiylə qucaqlaşdığı şəkil çıxır. Şəklin üstünə də yazılıb: “Ronaldinyo yol qəzasında həlak oldu (FOTOLAR)”. Görünür, «yeni media»nın yeniliyidir bu: mütləq ölən insanın yanında da gərək bir qızın açıq-saçıq şəklini verəsən ki, çoxlu tiraj və ya müasir internet texnologiyasının diliylə desək, İP yığasan. Nə isə... Girib fotolara baxıram, bu dəfə cəsəd əvəzinə qarşıma bahalı maşın şəkli çıxır. Ronaldinyo da içində - özü də ölmüş halda yox, dip-diri. Hələ ordan şəkli çəkən fotoqraflara dişini ağardıb bir əl də sallayır.
Başqa sayta girirəm, yenə həmin şey.
“Yox, bu qədər yalan ola bilməz” düşüncəsiylə təzə yaranan başqa sayta girirəm. Yənə eyni başlıq, bu dəfə bir qədər fərqli, dala cəlbedici görkəmdə: “Şok: Ronaldinyo öldü!” Məşhur bir insanın “ölümü”ndən özlərini necə itiriblərsə, “Şok” sözünü tünd qırmızı rəngdə veriblər, yenə yaxşı ki, sonra insani hissləri baş qaldırıb, “Ronaldinyo öldü!”nü qara olmasa da, boz rəngdə veriblər.
"Yeni media"mızda, bu xəbəri yayan internet saytlarında xəbərin mətni də eynidir. Hərf, redaktə səhvi də doludur... O dəqiqə anlaşılır ki, bir-birindən “Copy paste” ediblər. Özləri bilərlər. Mənə lazım olan xəbərin özəyidir. Araşdırıram, məlum olur ki, Ronaldinyonun ölümü xəbərini ağlı yerində olmayan bir sosial şəbəkə istifadəçisi öz səhifəsində paylaşıb. «Yeni media»mızın nümayəndələri də bu “şok” xəbəri görüncə dərhal manşetə qoyublar. Yazının altında da, artıq qeyd etdiyim kimi, hər çür şəkil var.
Bu şəkil məsələsi məndə artıq şübhə yaradır. Ronaldinyo doğrudanmı ölüb? Girirəm, dünyanın ən nəhəng media orqanlarının saytına: “Reuters”, BBC, CNN... Ronaldinyodan bir cümlə də yoxdur. İdman KİV-lərinin saytlarına baxıram, ən birinci də Ronaldinyonun vətəni olan Braziliyanın xəbər portallarına. Futbolçunun şəkli çıxır qarşıma: top çiləyir, məşq edir. Açıqlama da verib ki, “mən yenidən özümü sübut edəcəyəm”.
Sonra başlayıram Rusiya saytlarına baxmağa, Ronaldinyonun ölüm xəbərindən başqa onunla bağlı hər şey var. Nəhayət, Türkiyənin “Hürriyyət” qəzetindəki bir yazı bütün şübhələrə nöqtə qoyur. Bizimkilərdən fərqli olaraq, türklər bu xəbəri araşdırır və məlum olur ki, Ronaldinyo doğrudan da ölməyib, sağ-salamatdır!
Demə, peşəkar jurnalist, reportyor olmaq həvəsinə düşən bizim yeni medianın bəzi nümayəndələri Ronaldinyonu “öldürüb” axirətə göndərəndə, bu cavan oğlan öz sevgilisiylə Braziliyada, Atlantik okeanının sahillərində, sadəcə olaraq, kef çəkirmiş!
Təəssüf ki, Azərbaycanın "yeni media"sında bu və buna bənzər dəqiqləşdirilməyən xəbərlərə artıq tez-tez rast gəlirik.
"Yeni media"nın formalaşması yaxşı haldır. Amma orada Ronaldinyonun ölümü haqda şayiəni sosial şəbəkədə yayan ağlında olan insanlar da cəmləşəndə məşhur atalar misalı yada düşür: Bir dəli quyuya bir daş atdı, qırx ağıllı yığılıb o daşı çıxara bilmədi.
Aydın BAĞIROV
"Turan Tovuz" hazırlıqlara başladı
Azərbaycan şahmatçısı Özbəkistanda 1-ci oldu
Noyer millinin tarixinə düşdü
"Şamaxı" yeni transferini açıqladı
Azərbaycan millisi Avropa kubokunun finalında
“Real” Kukurelyanı gətirir
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
"Mançester Siti"də 5 illik müqavilə
Rüştü Reçberin uğurunu təkrarladı
Arda Güler hakim qərarından narazı qaldı
FİFA ulduzu çıxarmağı tələb etdi
"Tottenhem"də qalır
Dünya çempionatında rekord qırdı
Azərbaycanın 8 şahmatçısı dünya çempionatına yollandı
Arda Turan Ukraynada mövsümün ən yaxşı məşqçisi seçildi
ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq
"Bəzən şillə yemək ayağa qalxmaq üçün yaxşıdır" - Çalhanoğlu
Ranqniklə müqavilə uzadıldı
Azərbaycandan getdi, çempionla müqavilə bağladı
Türkiyədən məyusedici başlanğıc - Video
"Şamaxı"dan ayrıldı, Ermənistan klubuna keçdi
İngiltərə millisinə tornado xəbərdarlığı edildi
"Növbəti matçda daha yaxşı oynayacağıq" - Montella
Braziliya - Mərakeş oyunundan - Video
“İsveçrə ilə matçda komandamla qürur duydum”
Vinisius oyunun ən yaxşısı seçildi - DÇ-2026
Məğlubiyyətdən son anda qurtuldular
Azərbaycan milliləri yarımfinalda
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var