“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə keçirilən yoxlama oyunundan sonra (3:1) matç haqda fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis qarşılaşmanın maraqlı keçdiyini və oyunun müəyyən hissəsində tempin rəsmi matçlardan fərqlənmədiyini bildirib.
“Pis oyun alınmadı. Bu matçda bütün futbolçulardan istifadə edə bilmədik. Yanımızda olan oyunçulara müəyyən yük verdik. Maraqlı qarşılaşma oldu. Oyunun 50-60 dəqiqəsi temp baxımdan heç də rəsmi matçlardan fərqlənmirdi".
Baş məşqçi daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Renaldo Sefas Yamayka millisinin heyətində zədələnib. Onun vəziyyəti necədir?
- Sabah kluba qayıdacaq. Sabah günün ikinci yarısında tibbi müayinədən keçdikdən sonra vəziyyəti dəqiq biləcəyik.
- Çempionatda yaranan bu uzun fasilə komandaya necə təsir edəcək?
- Burada müsbət heç nə görmürəm. Heyətdə oyunçular azdır və normal hazırlaşa bilmirik. Milliyə çağırılan futbolçular dörd oyun keçirirlər ki, bu da qısa müddət üçün çox böyük yükdür. Bu, təkcə bizə yox, digər komandalara da təsir edir. Bu, böyük problemdir. Sefas artıq dörd gündür qayıda bilmir. Halbuki formaya yeni düşməyə başlamışdı. Milliyə gedən digər futbolçuların da komandaya uyğunlaşması üçün daha çox vaxta ehtiyacı olacaq.
- Lixtenşteynlə oyunda (0:0) belə nəticə gözləyirdiniz? Sabah Litva ilə qarşılaşmadan nə gözləyirsiniz?
- Bu gün futbol elə səviyyədədir ki, zəif komandalardan asan oyun gözləmək olmaz. Hamı inkişaf edir. Futbolçuların və məşqçilərin beynəlxalq təcrübəsi artıb. Heç kim asanlıqla qələbə qazanmır. Əlbəttə, daha yaxşı nəticə görmək istərdik. Amma qarşıya baxmaq lazımdır. Qarşıda daha iki oyun var və maksimum nəticə qazanmağa çalışmalıyıq. Mənfi fikirlərdən qurtulub meydana çıxmalıyıq. İnanıram ki, yaxşı nəticə əldə edə biləcəyik və mənfi düşüncələr geridə qalacaq.
Bizi İnstaqramda izləmək üçün kliklə!
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək