Müqaviləsi uzadılır, maaşı artırılır

Müqaviləsi uzadılır, maaşı artırılır
DÜNYA FUTBOLU 4 Oktyabr 2026 / 15:07 585
-  A +

“Real"  yarımmüdafiəçisi Cud Bellinqemlə yeni müqavilə ilə bağlı danışıqlarda irəliləyiş əldə edib.

QOL.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.

Məlumata görə, Madrid klubu 23 yaşlı futbolçu ilə müqaviləni daha iki il – 2031-ci ilin yayına qədər uzatmaq istəyir. “Kral klubu” həmçinin Bellinqemin illik maaşını 20 milyon avrodan 30 milyon avroya yüksəltməyə hazırdır.

Yeni sözləşmə imzalanacağı təqdirdə ingiltərəli futbolçu Kilian Mbappe və Vinisius Juniorla eyni səviyyədə maaş alacaq. 

Qeyd edək ki, Bellinqem 2023-cü ilin yayından Madrid təmsilçisinin formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 8 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Transfermarkt”ın məlumatına görə, 23 yaşlı yarımmüdafiəçinin hazırkı bazar dəyəri 160 milyon avrodur.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner