Litva millisinin baş məşqçisi Edqaras Yankauskas Azərbaycanla keçirəcəkləri oyundan əvvəl baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, o, Azərbaycan millisinin Lixtenşteynlə 0:0 hesablı heç-heçəsinin komandanı daha da motivasiya edəcəyini bildirib:
“Onlar qol vura bilmədilər. Belə oyunlarda bu, baş verə bilər. Müdafiəni yarmaq asan deyil. Komanda qol vurmaq üçün əlindən gələni edə bilər, amma qapıçı yaxşı oynayır, digər zərbələr bloklanır. Belə detallar nəticəni müəyyənləşdirə bilər. Əvvəlki oyundakı mənfi nəticə Azərbaycanı daha da motivasiya edir. Eyni zamanda bu, bizi də oyuna tam kökləyir. Çünki bilirik ki, rəqib meydana çox ciddi motivasiya ilə çıxacaq”.
Yankauskas bildirib ki, heç-heçə Litvaya qrupda liderliyi qorumağa imkan verəcək. Lakin onun sözlərinə görə, komanda bu fikrə köklənməməlidir:
“Nəticənin hər iki komandanı qane edə biləcəyini bilirik. Amma bu, bizim düşüncəmizdə “heç-heçə də kifayətdir” fikri yaratmamalıdır. Təcrübəmdən bilirəm ki, qarşıdakı oyuna belə yanaşmaq düzgün deyil. Biz qələbə üçün mübarizə aparacağıq”.
Litva millisinin çalışdırıcısı komandaların bir həftə ərzində ikinci dəfə qarşılaşacağını da xatırladıb:
“Həmin oyun bərabər səviyyədə keçdi, heç bir komanda üstün deyildi. Onların da müəyyən epizodlarda təşəbbüsü var idi və qol vurdular. Biz isə bəlkə də bir-iki imkan daha çox yaratdıq. Amma ümumilikdə bərabər güclü komandaların dueli idi”.
Yankauskas Andorra ilə oyunda heyətdə etdiyi rotasiyanın özünü doğrultduğunu vurğulayıb. Onun sözlərinə görə, az oynayan futbolçular da özlərini yaxşı tərəfdən göstərə biliblər:
“Əsas futbolçularımız oyun vaxtı cəhətdən çox oynamışdılar və yorğunluğun olacağını bilirdik. Buna görə heyəti dəyişmək strategiyamızın doğru olduğunu düşünürəm. Həm start heyətində meydana çıxanlar, həm də sonradan oyuna daxil olanlar öz səviyyələrini göstərdilər. Məşqçilər üçün də sevindiricidir ki, daha çox futbolçu bu səviyyədə oynaya biləcəyini sübut etdi”.
Bizi İnstaqramda izləmək üçün kliklə!
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video
Filipe Kandido: “Qələbəni tam haqq etdik”
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək