"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov

"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
ÖLKƏ FUTBOLU 4 Oktyabr 2026 / 22:21 670
-  A +

Azərbaycan millisinin futbolçusu Oruc Məmmədov UEFA Millətlər Liqasının 3-cü turunda Litva üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.

QOL.az xəbər verir ki, hücumçu matçdan sonra “CBC Sport”a açıqlamasında ilk dəfə milli forma ilə meydana çıxmasından və qələbədən danışıb:

“Çox sevinirəm, ilk oyunum və ilk qələbəmdir. İkiqat çox xoşbəxtəm. Bu qələbə bizim üçün çox vacib idi. İnşallah, bunun davamı da gələcək. İnanıram ki, Lixtenşteynə qalib gəlib C liqasına vəsiqə qazanacağıq. Hamı çox motivasiyalı oynadı. Son oyundan sonra üzərimizdə müəyyən təzyiq var idi. Amma buna fikir vermədik. Bu gün hamıya göstərdik ki, Azərbaycanda futbol var. İnanıram ki, bundan sonra daha yaxşı nəticələr qazanacağıq”.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner