Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat

Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
ÖLKƏ FUTBOLU 4 Oktyabr 2026 / 11:40 432
-  A +

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti təyinat alıb.

QOL.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasının 5-ci turunda Rumıniya - İsveç qarşılaşmasını idarə edəcək.

Oktyabrın 5-də Buxarestdə keçiriləcək oyunda Məsiyevə yan xətlərdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək.

Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner