Burkina-Faso yığmasının Argentina ilə sabah keçirilməsi planlaşdırılan yoldaşlıq oyununun baş tutması sual altına düşüb.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, buna Burkina-Faso millisinin Buenos-Ayresə vaxtında yola düşə bilməməsi səbəb olub. Afrika təmsilçisinin sentyabrın 30-da Argentina paytaxtında olması planlaşdırılsa da, komanda cümə günü günortaya qədər Mərakeşin Kasablanka şəhərində qalıb.
Burkina-Faso Futbol Federasiyası gecikməni planlaşdırılan aviareysin qəfil ləğvi ilə əlaqələndirib. Lakin yayılan məlumatlara görə, futbolçular uzunmüddətli kommersiya reysi ilə uçmaqdan imtina edərək çarter təyyarəsi tələb ediblər. Həmçinin oyunçuların Argentina ilə matça görə əlavə maliyyə bonusu istədiyi bildirilir.
Qeyd edək ki, Burkina-Faso FİFA reytinqində 62-ci pillədə qərarlaşıb.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Almaniya millisinin düşərgəsini tərk etdi
Belçika - Türkiyə: Heyətlər
Azərbaycan boksçularının rəqibləri məlum oldu
Ançelotti, Klopp, Poçettino...
"Yuventus"un böyük planı
“Fənərbaxça” Bakıdadır - Şəkillər+Video
"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi