Yuxudan oyanıb telefonu "Wi-Fi"ya qoşan kimi "Whats app"a ard-arda bildirişlər gəlir. Bizdə səhər saat 8 olmayıb hələ. Mesajlar arasında onun adı ilk sırada çıxır. Əvvəl mətnə, sonra göndərildiyi vaxta baxıram - 04.35 göstərib.
Təəccübümdən donub qalıram. Türkiyənin böyük iş adamları ilə birgə saatlarla davam edən gərgin iş toplantıları, başqa işgüzar görüşlərin yaratdığı yorğunluğa baxmayaraq, səfərdə olduğu İstanbulda - sadə desək, o basabasda, gecənin bir aləmində olsa belə, sayta girib yazı oxumağa vaxt tapıb.
- Yaxşı yazmısan, amma...
- Amma nə?
İstanbuldan bu suala cavab 5 saat sonra gəlir. Yəqin indi yuxudan oyanıb:
- Amma 2005-dəki hadisənin üstündən ötəri keçmisən.
- Şişirtmək lazım deyildi, məncə.
- 2006-dakı məsələyə, ümumiyyətlə, toxunmamısan.
Əlbəttə, yazını tənqid etdiyinin fərqindəyəm. Mesajın lap əvvəlindəki "yaxşı yazmısan" ifadəsinin yazı müəllifinin könlünü bəri başdan alacaq xoşməramlı bir gediş olduğuna şübhə etmirəm.
- Sən bayaqdan elə ancaq tənqid edirsən.
O, bu vaxt mənim üzümdəki təbəssümü və əslində tənqidin haradasa haqlı olduğunu qəbul etdiyimi bilə və hiss edə bilməz, əlbəttə ki. Bəlkə də xətrimə dəydiyimi düşünür. Dərhal da nəzakətli və dostcasına bir ismarıcla bu söhbətə nöqtə qoyur:
- Sənə ərk edirəm...
***
- Niyə gedib o birilər kimi yazı yazmırsan?
- Bacarmaram axı.
- Bəs burdakılar hamısı niyə bacarır?
... Və məni bu təkidli sözlərlə, bəlkə də zorla məcbur edir yazı yazmağa, daha doğrusu, jurnalistikaya gəlməyə.
1998-in yanvarıdı. Mətbuatımızın qızıl dövrü. Onun iyirmi, mənim on səkkiz yaşım tamam olmayıb hələ. Amma bu yaşda imzasını mətbuata tanıdıb, 8 ay əvvəl isə ilin "debütant jurnalist"i adını da qazanıb. Dediyini edirəm. Kiçik bir xəbəri qırmızı çernelli qələmlə kağıza köçürüb özünə göstərirəm. Başını bulayır. Razı qalmayıb demək. Debütün uğursuz olduğu ilə barışıram.
- Çox pis yazmışam, hə?
- Ruhdan düşmə, yaxşı olacaq. Başlanğıcda hamıda belə olur.
Və o, mənə "sənə ərk edirəm" yazanda mən istər-istəməz xəyalən məhz o dövrə, 90-nın sonlarındakı bu dialoqumuza getmişdim. Qarşımda boz kostyumlu, qırmızı qalstuklu, indiki kimi kök deyil, arıq, səliqəli bir oğlan dayanmışdı. Yaşı az olsa da, uzağı görən – yaxşı yol göstərməyi bacaran biri. Qarşıdakına inanan və onu inandırmağı bacaran biri. Tək yol göstərmirdi, özü də fərqinə varmadan, müəllimlik edirdi. Amma… O özü də yola çıxmışdı onda. Artıq qəzetçilikdən teleşərhçiliyə keçmişdi. Bir neçə il keçəndən sonra çoxları onun barəsində sevimli idman şərhçisi kimi danışacaqdı. 12 illik TV fəaliyyətinə son qoyduqdan sonra – 2010-cu ildən isə hamı efirdə onu axtarmağa başlayacaqdı.
Onu, sevimli Altay Əliyevi.
***
- Yerin görünür, TV-də…
- Əşiii…
- Nə əşi? Çox adam var ki, hələ də səni efirdə görmək istəyir. Heç nə vaxtsa qayıtmağı düşünürsən?
- Düşünmürəm. Bitib mənim üçün televiziya. O mərhələ arxada qaldı, indi yeni bir mərhələ başlayıb.
Restoranda ikilikdə oturmuşuq. Oturduğumuz yerdə Moskvaya gözəl mənzərə açılır. Bir cavan oğlan yaxınlaşır. Altayı üzdən tanıyıb. Rusiya paytaxtında bizim kimi qonaq olan Litvadan yaşayan azərbaycanlı gəncdi. Qısa söhbət edib, gedir. Sonra üzünü mənə çevirib soruşur:
- Nəyə gülürsən?
- Nəsə mistika var bu gündə. Görmürsən, tanımadımız biri də mən deyənləri dedi sənə…
Amma yenə bu məsələyə həvəssiz və soyuq yanaşır.
***
O, əvvəl telejurnalist idi. İndi iş adamı. Zaman dəyişir, iş də dəyişir, yaş da. Amma Altaydan danışırıqsa əgər, onunla bağlı bu həqiqət yəqin bundan sonra da heç vaxt da dəyişməyəcək: o, həmişə öz yerində və öz yolunda olacaq.
Bugünkü 40 yaşına kimi gəldiyi aydın və təmiz yolda…
Aydın BAĞIROV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu