“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli

“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
ÖLKƏ FUTBOLU 26 Sentyabr 2026 / 17:54 137
-  A +

Azərbaycan milli komandası UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində səfərdə Litva yığması ilə qarşılaşacaq.

QOL.az xəbər verir ki, millimizin futbolçusu Mahir Emreli matçdan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb. Hücumçu rəqibi dəyərləndirərək komandanın hazırlıq prosesindən danışıb:

“Sabah bizi çox önəmli oyun gözləyir və biz bunun fərqindəyik. Yaxşı təşkil olunmuş komandaya qarşı mübarizə aparacağıq. Bu gün son məşq və iclasımızı keçirib oyuna hazırlaşacağıq. Ümid edirik ki, sabah oyuna tam hazır şəkildə çıxıb yaxşı nəticə qazanacağıq”.

Qeyd edək ki, Litva - Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner