“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu

“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
DÜNYA FUTBOLU 26 Sentyabr 2026 / 18:52 249
-  A +

“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Robert Levandovski barədə maraqlı açıqlama verib.

QOL.az xəbər verir ki, təxminən iki ildən sonra Polşa millisinə dəvət alan futbolçu Bosniya və Herseqovina ilə 0:0 hesablı heç-heçədən sonra “Fakt” nəşrinə danışıb.

38 yaşlı Levandovskinin yaşlandığını hiss edib-etmədiyi barədə suala Puxaç belə cavab verib:

“Levandovskidə heç bir yaşlanma əlaməti görməmişəm. O, xüsusilə cərimə meydançasında hələ də çox təhlükəlidir. Ondan bir saniyə gözünüzü çəksəniz, top qapıda ola bilər”.

Puxaç hücumçunun Bosniya ilə oyunda sonadək meydanda qalmasını da şərh edib:

“Belə nəticə olanda onun ambisiyası meydandan çıxmasına imkan vermirdi. Bilirdi ki, son dəqiqələrdə daha çox imkan yaranacaq və topun qarşısına düşəcəyinə, fürsətlərdən birini qola çevirəcəyinə ümid edirdi. Əvvəllər çox şansı olmadığından həmin anı gözləyirdi”.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner