Litva millisinin baş məşqçisi Edqaras Yankauskas UEFA Millətlər Liqasının qrup mərhələsinin 2-ci turunda Azərbaycanla keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
QOL.az xəbər verir ki, mütəxəssis Azərbaycan millisinin Lixtenşteyndən daha güclü və texnikalı olduğunu deyib.
"Lixtenşteynlə oyun çox resurs tələb etmədi. Futbolçular lazımi nəticəni əldə etdilər. Lakin qarşıdakı görüşdə daha böyük güc və sürət nümayiş etdirməliyik. Azərbaycan millisi əvvəlki rəqibimizdən daha güclü və texnikalıdır. Onların heyətində beynəlxalq təcrübəyə malik, Çempionlar Liqasında çıxış edən futbolçular var. Buna görə də bizi daha yüksək səviyyəli rəqib gözləyir".
Yankauskas heyətdə dəyişikliklərin olacağını da söyləyib. O, Piyus Şirvisin zədə səbəbindən bu toplanışda daha oynaya bilməyəcəyini qeyd edib.
Baş məşqçi komandanın standart vəziyyətlər və sürətli hücumlarda güclü olduğunu da vurğulayıb:
"Topu qazandıqdan sonra mümkün qədər tez hücuma keçmək vacibdir. Bu zaman rəqibin müdafiəsi tam təşkilatlanmış olmur. Biz də özümüzdən asılı olan bu üstünlüklərdən daha yaxşı istifadə etməyə çalışacağıq. Lakin hücum edərkən müdafiəni də düşünmək lazımdır".
Yankauskas “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasla Azərbaycanla oyun öncəsi danışmadığını, lakin Bakıya səfər zamanı onunla görüşə biləcəklərini bildirib:
"Onun çalışdırdığı komanda ilə qazandığı tarixi uğura görə çox sevinirik və ona bundan sonra da uğurlar arzulayırıq. Azərbaycanda olanda, düşünürəm ki, görüşmək, fikir və məsləhətlərimizi bölüşmək üçün vaxt tapacağıq. Amma hazırda öz topladığımız məlumatlara güvənirik və rəqib barədə kifayət qədər informasiyaya sahibik".
Litva millisinin çalışdırıcısı Bakıda keçiriləcək cavab görüşü barədə isə hələ düşünmədiklərini deyib:
"Hazırda yalnız bu oyuna köklənmişik. Qarşıdakı görüş bizim üçün prioritetdir. Ondan sonra nə olacağını isə daha sonra görəcəyik”.
Qeyd edək ki, Litva - Azərbaycan görüşü sentyabrın 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Azarkeşlər fitə basdı, baş məşqçi ona güvəndi
Millinin 5 futbolçusu cəzalana bilər
Rafinyanın zədələnməməsi üçün xüsusi addım atılır
A seriyası klubu yeni baş məşqçisini açıqladı
Trampla əlaqələrinə görə İnfantino Konqresə çağırıla bilər
Flik futbolçularını istirahətə yolladı
Kompani “Bavariya”nın məşqlərinə qoşuldu
"Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
“Tottenhem” komandaya liderlik edəcək hücumçu axtarır
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
Neymar karyerasını nə vaxt bitirəcəyini açıqladı
"Yuventus" 3 mövqeyə transfer edəcək
Azərbaycanı dünya çempionatında təmsil edəcək cüdoçular
Dizindən zədələnsə də, millidə qalır
Yeni müqavilə “Real”a baha başa gəldi
Fonsekanı o əvəzlədi
Azərbaycan millisinin heyətində dəyişiklik
Almaniya millisinə çağırıldı
26 milyon avroluq maaşdan imtina etdi
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
“Mançester Yunayted”ə "hə" dedi
“Hansısa təlxək mənim qovulmağımı istəyirdi” - Murad Musayev
“Bavariya” Noyerin əvəzləyicilərini tapdı
Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
2-ci liqada 10-cu tur başa çatır
"Bavariya"dan Musiala açıqlaması - "Çıxılmaz vəziyyətdəyik"
Azərbaycan millisinin düşərgəsindən yeni - Video
Raul Qonsalesin təyinatı rəsmiləşdi
Millimizdən kənar qalan Lorenzo - Zədəsi ciddi deyilmiş
U-17-nin seçmə mərhələ üçün heyəti müəyyənləşib
“Sumqayıt”ın legioneri milliyə çağırılıb
“Qaradağ Lökbatan”dan 5 qollu qələbə - Video
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə