“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama

“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
DÜNYA FUTBOLU 26 Sentyabr 2026 / 11:49 199
-  A +

“Fənərbaxça” FİFA-nın kluba üç transfer pəncərəsi müddətinə tətbiq etdiyi transfer qadağası ilə bağlı açıqlama yayıb.

QOL.az xəbər verir ki, İstanbul təmsilçisi məlumatın müvəqqəti xarakter daşıdığını və “Sevilya”dan Yusif En-Nesirinin transferi üzrə ödənişlə əlaqəli olduğunu bildirib.

Klubun açıqlamasında qeyd olunub ki, 2026-cı il aprelin 30-da ödənilməli olan transfer məbləğinin vaxtında verilməməsi səbəbindən qarşı tərəf FIFA-ya müraciət edib. “Fənərbaxça”nın yeni rəhbərliyi vəzifəyə başladıqdan sonra gecikmiş ödənişi həyata keçirib.

Bildirilib ki, FİFA-dakı iş çərçivəsində növbəti ödənişin də edilməsi tələb olunub. Klub FİFA-nın qərarını gözləyib.

“Fənərbaxça” növbəti ödənişi sentyabrın 28-də, ilk iş günündə həyata keçirəcəyini və FIFA ilə bürokratik prosedurlar başa çatdıqdan sonra transfer qadağasının aradan qaldırılacağını açıqlayıb.

Klub həmçinin əvvəlki dövrlərə aid bütün maliyyə hesabatlarının və öhdəliklərin sentyabrın 27-də keçiriləcək növbəti Baş Assambleyada üzvlərə və ictimaiyyətə təqdim ediləcəyini bildirib.


Qarabağ FK
Son xəbərlər
topaz banner