"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"

"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
DÜNYA FUTBOLU 26 Sentyabr 2026 / 17:09 251
-  A +

Britaniyalı jurnalist Pirs Morqan “Mançester Siti” ilə bağlı araşdırma barədə fikirlərini bölüşüb və kluba mümkün qədər ağır cəza verilməsini istəyib.

QOL.az xəbər verir ki, o, sosial şəbəkə hesabında “Mançester Siti”nin İngiltərə futbolu tarixində ən böyük saxtakarlıqda günahkar bilindiyini iddia edib:

"Mançester Siti" İngiltərə futbolu tarixində ən böyük saxtakarlıqda günahkar bilinib və cəza da törədilən pozuntulara uyğun olmalıdır. Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalı və saxtakarlıq yolu ilə qazandığı bütün titullardan məhrum edilməlidir".

Qeyd edək ki, “Mançester Siti” maliyyə qaydalarının pozulması ilə bağlı iş üzrə günahkar bilinib. Kluba tətbiq olunacaq yekun cəza hələ müəyyənləşdirilməyib. Mümkün sanksiyalar arasında cərimə, xal silinməsi və Premyer Liqadan kənarlaşdırılma göstərilir.

Bizi İnstaqramda izləmək üçün kliklə!


Qarabağ FK
Son xəbərlər
topaz banner